TƏBRİKLƏR
TELEFONOQRAM
Hörmətli “Yeni Tərtər”çilər! Sizi Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibəti ilə səmimi təbrik edirəm!
Müstəqil Azərbaycanda mətbuata və mətbuat işçilərinə böyük önəm verilir. Mətbuat cəmiyyətimizi daim irəli aparan bir qüvvə hesab olunur.
Rayon icra hakimiyyəti aparatının yaxın köməkçisi olan “Yeni Tərtər” qəzeti də hazırda Tərtərdə həyata keçirilən uğurlu iqtisadi islahatların, quruculuq işlərinin, sosial layihələrin işıqlandırılmasında fəallıq göstərir.
Kollektivinizə çətin və şərəfli işində yeniyeni müvəffəqiyyətlər, hər birinizə cansağlığı arzulayıram.
Müstəqim Məmmədov,
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
TELEQRAM
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə.
Hörmətli Tofiq müəllim! Sizi və yaradıcı kollektivinizi 22 iyul – Azərbaycan milli mətbuatının yaranmasının 142 illiyi münasibətilə təbrik edir, sizə şərəfli peşənizdə, respublikamızın sosial-iqtisadi, mənəvi həyatının işıqlandırılmasında mətbuat işçilərinin rolunun daha da artırılmasında yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qələminiz iti, sözünüz kəsərli olsun!
Raqub Məmmədov,
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı
Əsası milli mətbuatımızın banisi Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulan “Əkinçi” qəzetinin çapdan çıxmasından 142 il ötür. Respublikamızda nəşr olunan digər mətbu orqanları kimi, bizim Tərtər rayon qəzeti də 80 ildən çoxdur ki, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün–22 iyul Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü elan edilib.
Bu gün münasibəti ilə başda redaktor Tofiq Yusif olmaqla qəzetin bütün yaradıcı kollektivini ürəkdən təbrik edirəm.
Ramiz Şabanov,
YAP Tərtər Rayon Təşkilatının sədri
Tərtər rayonunun “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifi və qəzetin kollektivini Milli Mətbuatımızın 142 illiyi münasibəti ilə ürəkdən təbrik edir, onlara uzun ömür, cansağlığı arzulayıram.
Hörmətli Tofiq müəllim, mən Sizin, həm də nəşr etdirdiyiniz “Yeni Tərtər” qəzetinin yaxın dostuyam. Bu qə-zetin redaksiyası mənim üçün doğma məkana çevrilib. Hər dəfə rayona yolum düşəndə redaksiyanın qonağı olub, kollektivinizlə görüşməyi özümə borc bilirəm. Bu qəzet oxunaqlı və maraqlıdır. Qəzet bizim alimlərimizin də diqqətini cəlb edir. “Yeni Tərtər”i region qəzetləri içərisində nümunəvi bir mətbu orqan kimi tanıyırıq. Biz qəzetin hər nömrəsini çox maraqla oxuyub müzakirə edirik. Dərc olunan materiallar Tərtər rayonunun bütün sahələrini əhatə etdiyindən biz də geniş məlumat alırıq.
Bu bayram münasibəti ilə bir daha Sizi və kollektivinizi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə: Rasim Axundov,
texnika elmləri doktoru, professor
Hörmətli Tofiq müəllim! Sizi və başçılıq etdiyiniz kollektivi əlamətdar tarix–Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edirəm.
Qəzet bütün dövrlərdə cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayıb.
Bugünkü informasiya bolluğunda isə dəqiq və qərəzsiz informasiyaya ehtiyac daha da artıb. Sizə şərəfli işinizdə uğurlar arzulayırıq.
Ruslan Zeynalov,
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi
Çoxhörmətli “Yeni Tərtər”çilər Sizi milli mətbuatımızın 142-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Uzun illərdir ki, mən bu qəzetin oxucusuyam. Burada dərc olunan materiallar əhalinin bütün təbəqələri üçün maraqlıdır. Mən xüsusilə istirahət səhifələrini, satirik qələmlə yazılmış məqalələri həvəslə oxuyuram.
Həyatda sizlərə uzun ömür, cansağlığı diləyirəm. Hər zaman qələminiz iti, sözünüz kəsərli olsun.
Hörmətlə: Filyar Atayeva ,
“Yeni Tərtər” qəzetinin daimi oxucusu, Ağkənd kəndinin sakini