Mətbuata qayğı və diqqət Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri siyasətin əsas xəttini təşkil edir. Milli Mətbuat Günü ərəfəsində və bayram günündə jurnalistlərimiz ölkə başçısının qayğısını xüsusilə hiss etdilər. Prezidentin sərəncamı ilə media nümayəndələrinə pulsuz mənzillərin paylanması, Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-yə mətbu orqanlara köməklik məqsədi ilə 1 milyon manat pul ayrılması, bir qrup jurnalistin diplom və mükafata layiq gö-rülməsi cəmiyyətimizdə müsbət qarşılandı.
Bayram günündə bizim redaksiyamızda da yüksək əhval-ruhiyyə hökm sürürdü. Kollektivimizi təbrik etməyə Tərtər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Ramiz Şabanov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov və aparatın işçisi Fəridə Qurbanzadə gəlmişdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun və icra aparatının adından kollektivimizi təbrik edən Ra-miz Şabanov mətbuatın müstəqil Azərbaycanın həyatında oynadığı roldan danışdı, “Yeni Tərtər”in fəaliyyətini yüksək qiymətləndirərək əməkdaşlarımıza yeni yaradıcılıq uğurları arzuladı.
Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatın “Əkinçi”dən başlayan çətin və şərəfli yolundan danışdı. Qəzetimizin fəaliyyətində bizə dəstək olan rayon rəhbərliyinə kollektivin minnətdarlığını çatdırdı.
Elvin Umudov rayon icra hakimiyyəti adından “Yeni Tərtər”in əməkdaşlarına pul mükafatı təqdim etdi. Həmçinin redaksiyanın mühasibi Bəxtilə Əliyeva, baş redaktorun köməkçisi Nigar Əmrahova və kompüterçi Aysel Hüseynova qəzetin fəaliyyətindəki xidmətlərinə və Mətbuat Günü münasibəti ilə “Yeni Tərtər”in fəxri diplomları ilə təltif olundular.
Qəzetin əməkdaşlarından Əvəz Nəsirov, Bəxtilə Əliyeva, Kənan Hüseynzadə tədbirdə çıxış etdilər.
Çay süfrəsi arxasında keçən səmimi tədbirin sonunda xatirə şəkli çəkildi.
“Yeni Tərtər”