Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən illərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması, sahəsində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.
    Son dövrlərdə ölkə başçısının kənd təsərrüfatı məhsullarından strateji məhsul hesab edilən pambıq əkininin genişləndirilməsi və bu sahənin inkişafı ilə bağlı verdiyi Sərəncamlar kənd təsərrüfatı əməkçilərində marağın artırılmasına səbəb olmuşdur. Kənd təsərrüfatının bu sahəsinin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, respublikamıza valyuta axınına səbəb olmuşdur.
    Pambıqçılığın respublikamızda qədim ənənələri vardır. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olmaqla yer kürəsinin pambıqçılıq ölkələrindən biri kimi tarixə düşmüşdür. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1981-ci ildə pambıq tədarükü bir neçə dəfə artmışdır, belə ki, həmin il respublikamızda 282.7 min hektar sahədə pambıq əkilmiş, hər hektardan məhsuldarlıq orta 35.9 sentner olmuşdur. Bu rəqəm köhnə SSRİ məkanında hər hektardan alınan məhsula görə ən yüksək göstərici idi. Həmin illərdə ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin etmişdir.
    Müasir şəraitdə xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada pambıqdan alınan məhsullardan istifadə edilməsin. Pambıq bitkisindən 200- dən çox məmulatlar alınır. Bir ton pambıq 350 m2 parça, 112 kq yağ, 10 kq sabun, 270 kq jmıx, 170 kq çiyid qabığı və onlarca müxtəlif sahələrdə istifadə olunan əlavə xammal deməkdir. Bu baxımdan pambıq strateji əhəmiyyət kəsb edən bir bitkidir.
    Ölkəmizdə artıq böyük bir pambıqçılq hərəkatı başlayıb. Ulu öndər Heydər Əliyevin dövründə olduğu kimi, pambıqçılıq geniş vüsət alıb. İndi artıq hər hansı bir təbliğata ehtiyac qalmayıb. Bu da insanların güzəranının, yaşayış səviyyəsinin və işgüzarlığının artması demədir. Pambıqçılığın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıbdır.
    2018-ci ilin məhsulu üçün rayonda 3800 hektar sahədə pambıq əkini üçün şum qaldırılmış, sahələr qış aratına qoyulmuş və digər aqrotexniki tədbirlər aparılmışdır. Hazırda sahələrdə çiyid səpininə hazırlıq işləri aparılır.
    Səpinin keyfiyyətlə və qısa müddətdə başa çatdırılması məqsədilə Tərtər Rayon İcra Hakimiyyətində müşavirə keçirilmiş, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Pambıq səpini aparılacaq sahələrdə ortaya cıxacaq çətinliklərin operativ olaraq aradan qaldırılması məqsədilə həmin kəndlərə məsul şəxslər təhkim edilmişlər. Dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, fermerlər bu sahədə daha əzmlə çalışırlar. Belə ki, pambığın alış qiymətinin artırılması, tədarük edilən hər ton xam pambıq üçün əlavə olaraq 100 manat subsidiyanın verilməsi rayonda mövcud olan və fəaliyyəti cox cüzi olan müəssisələrin işə salınmasına səbəb olmuşdur. Əkin səhərinin artırılması əlavə iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi ilə yanaşı respublikamıza, o cümlədən rayonumuza daxil olan valyutanın həcminin artırılması ilə yanaşı, əhalinin güzəranının yaxşılaşdırılmasına səbəb olacaqdır.

    Natiq MUSAYEV,
    Tərtər RİHB Aparatında baş məsləhətçi, aqronom

    Müəllif: Redaktor, 10:00

    Teqlər:

İsmarıclar bağlıdır.