MİNNƏTDARLIQ İFADƏ OLUNDU
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Hüsənli kəndində olub.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalinin məşğuliyyəti, görülən işlər və mövcud problemlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Kənd ağsaqqalı Yusif Ağayev, məktəbin direktoru Cümşüd Həsənov, sakinlərdən Elşən Məmmədov, Məhərrəm Heydərov, Şöhlət Hüseynov, Şəmsi Əhmədov müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin həlli barədə əlaqədar qurumlara tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yax-şılaşdırılması üçün görülən işlərdən danışıb, olunan müraciətlərə münasibət bildirib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
***
Dəmirçilər kəndində keçirilən səyyar qəbul-görüşdə də vətəndaşların müraciətləri dinlənilib və qaldırılan məsələlərlə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
“Yeni Tərtər”