Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18May

    Gənclər Mərkəzində “İşsizlikdən Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrlə əlaqədar “İşəgötürənlərin məlumatlandırılması” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 30 idarə, müəssisə və təşkilatın nümayəndələri, rayon icra hakimiyyəti aparatının, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin və medianın nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev açıb və müzakirə edilən mövzu barədə iştirakçılara məlumat verib.
    Sonra mərkəzin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri Tağı Məmmədov “İşsizlikdən sığorta haqqında” Qanunun maddələri, əsas anlayışları, işsizlikdən sığortanın prinsipləri, hüquq və vəzifələri, sığorta haqqının hesablanması barədə danışıb.
    Aktiv məşğulluq tədbirləri sektorunun müdiri Elxan Bağırov isə işsizliyə görə aylıq sığorta ödənişinin hesablanması, sığorta stajının hesablanması, ödənişin növləri, təyin edilməsi şərtləri və müddətləri barədə “dəyirmi masa” iştirakçılarına ətraflı izahat verib.
    Həmkarlar təşkilatının mühasibi Qoşqar Paşayevin, subartezan quyuları istismarı idarəsinin kadrlar üzrə inspektoru Ruqiyyə Ağayevanın, mərkəzi xəstəxananın kadrlar üzrə inspektoru Nailə Həsənovanın sualları mərkəzin işçiləri tərəfindən ətraflı cavablandırılıb.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 10:12

    Teqlər:

İsmarıclar bağlıdır.