Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyası Azərbaycan dövlətinin xarici siyasətinin, xüsusilə də Prezident İlham Əliyevin uğurlu diplomatiyasının növbəti parlaq səhifəsi kimi tarixə yazıldı. Qlobal informasiya savaşında möhtəşəm zəfərə imza atan Azərbaycan Prezidenti dünyanın ən böyük ali tribunasından fövqəlgüclərə mühüm mesajlar verdi.
Azərbaycan Prezidentinin cəsarətli çıxışı, BMT kimi nüfuzlu qurumun ali kürsusündən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə etdiyi müraciət qətiyyət nümunəsi kimi dəyərləndirilməlidir. Bu, bir həqiqətdir ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Məhz siyasi iradəsi və uzaqgörənliyi ilə modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirən Azərbaycan Prezidenti öz fəaliyyəti ilə dəyişən qlobal və regional reallıqlar şəraitində ölkəmizin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə əsl siyasi lider olduğunu isbatlayır.
Ən nüfuzlu rəsmi beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentinin dünyanın aparıcı liderləri sırasında yer alması, eləcə də ona göstərilən diqqət və ehtiramdan belə qənaətə gəlmək olar ki, İlham Əliyev Azərbaycanı bilavasitə öz sözünü deyən dövlətlər arasında seçilən ölkələrdən birinə çevirib.
Ona görə də istər Azərbaycan – BMT, istərsə də ABŞ – Azərbaycan münasibətləri çərçivəsində Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil, uğurlu siyasət hər il daha səmərəli nəticələrini göstərməkdədir. Azərbaycan – BMT münasibətlərinin inkişafında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən daha da şaxələndirilir.
Prezident İlham Əlyev bütün beynəlxalq konfranslarda olduğu kimi BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında da Azərbaycan həqiqətlərini, xüsusilə də üzləşdiyimiz ikili standartları tutarlı arqumentlərlə ictimaiyyətə çatdırdı. Ona görə də dövlət başçısının dünyanın ən ali tribunasındakı çıxışını iki yerə bölmək olar: Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində son durum və Azərbaycanın uğurlu inkişaf prosesi.
Azərbaycan Prezidenti Serj Sarkisyanı BMT-də ifşa edərək bəyan etdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin eyni zamanda, Ermənistan hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə təcavüzkarı 2016-ci ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.
Prezident İlham Əliyevin çıxışının ən əlamətdar məqamlarından biri də onun dünya liderinə, əslində isə bütün dünya ictimaiyyətinə ölkələrin inkişaf, xalqların isə xoşbəxtlik formulu ilə bağlı mesajı oldu:
Prezident İlham Əliyev ABŞ-a səfəri çərçivəsində bir sıra səmərəli görüşlər keçirdi. ABŞ Prezidenti Donald Trampla, BMT-nin Baş katibi Antonio Quttereşlə və digər siyasi xadimlərlə görüşü Azərbaycanın dünya arenasında qazandığı nüfuzdan xəbər verir.