ZƏRİFƏ XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ
İNSANLARA NUR BƏXŞ EDƏN İNSAN
Sarıcalı kənd tam orta məktəbində görkəmli alim, unudulmaz ana, xeyirxah insan, etibarlı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın doğum günü böyük sevgi və minnnətdarlıq hissi ilə qeyd olunub. Tədbiri açan məktəbin direktor müavini Vəsilə Mehdiyeva deyib: “Zərifə xanım Əliyevanın adı çəkilərkən, ilk növlədə işıq sözü xatırlanır. İşıq isə həyat deməkdir. Zərifə xanım da öz əlləri ilə insanlara işıq, nur bəxş edirdi. Böyük ürək sahibi olan bu qadın insanlara Günəşi, rəngləri, təbiəti, mavi səmanı bəxş etmək üçün yaranmışdı”.
Məktəb proyektorunun vasitəsilə ilə ekranda canlanan və böyük bir məhəbbətin tarixini əks etdirən şəkillər və səsləndirilən “Ana” mahnısı hamını duyğulandırıb. Daha ətraflı »
Yeni ismarıclar