Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,942
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek
    Ədəbiyyat Sədi Şirazi Həqiqət və gözəllik şairi, aşiqi üçün şərhlər bağlıdır

    saadiŞeyx Sədi Şirazi farsdilli ədəbiyyata çox ciddi yeniliklər gətirmiş, müəyyən baxımdan inqilab etmiş nəhəng sənətkardır.
    Firdovsi, Xəyyam, Hafiz, Nizami, Fizuli kimi Şeyx Sədi Şirazi də dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutan cahanşümul və görkəmli şairlərdəndir. İran mədəniyyətinin dünya ədəbiyyatına vermiş olduğu bu qüdrətli söz ustasının ölməz əsərləri yüz illərdir əhəmiyyət və təsirini itirməyərək, oxuyucalarına faydalı nəsihətlər verir, bəşəri düşüncələr, nəcib duyğular aşılayır.
    Sədinin sözlərinin əksəriyyəti sevinc gətirən və məftun edəndir. Odur ki, gözü götürməyənlər öz tənəli dillərini işə salıb deyirlər ki, nahaq yerə beyni yormaq və faydasız olaraq çıraq tüstüsünü udmaq ağıllı adamların işi deyil. Lakin arif adamlara aydındır ki, şəfaverici nəsihət inciləri zərif ibarə sapına düzülmüş və acı məsləhət dərmanları şirin zarafat balına qarışdırılmışdır ki, insanın yorğunluğa mail olan təbiəti bu sərvəti qəbul etməkdən məhrum qalmasın. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Ədəbiyyat Müdrik kəlamlar üçün şərhlər bağlıdır

    Dədə_Qorqud

    • Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
    • Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
    • Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.
    • Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
    •Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
    • Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
    • Cahil birinin yanında kitab kimi səssiz ol. Daha ətraflı »

    Teqlər:

  • 20Dek
    Digər Əhvalatlar üçün şərhlər bağlıdır

    İKİ DOST

    1111İki nəfər möhkəm dost idi. Vaxt ötür, bunlardan biri yüksək vəzifə sahibi olur. Vəzifəyə çatandan sonra heç kəsi saymır, görməməzliyə vurur. O biri dost onun qəbuluna gəlir. Xəbər göndərir ki, dostunu qəbul etsin. Vəzifə sahibi deyir:
    – Sən kimsən, nə üçün gəlmisən və nə istəyirsən?
    Qəbula gələn dost cavab verir:
    – Ey dost, deyirlər ki, sənin gözlərin kor, qulaqların da kar olub. Heç kəsi eşitmirsən. Gəldim ki, sənə təsəlli verim. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Digər AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏRTƏR RAYONUNA SƏFƏRƏ GƏLİB üçün şərhlər bağlıdır

    ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT

    15118553803027046108_1000x669AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

    Teqlər:

  • 11Dek
    Digər PREZİDENT İLHAM ƏLİYEV TƏRTƏR TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır

    15118556972317251113_1000x669Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.
    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
    Məlumat verildi ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda “Təbiət”, “Arxeologiya”, “Qafqaz Albaniyası”, “Orta əsrlər”, “Misgərlik”, “XIX əsr”, “Azərbaycan milli geyimləri”, “Ənənəvi ev”, “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü”, “Azərbaycanın müstəqillik dövrü”, “Qarabağ münaqişəsi” adlı bölmələr qurulub. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.

    Teqlər:

  • 11Dek
    Digər ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV TƏRTƏRDƏ “N” SAYLI HƏRBİ HİSSƏDƏ YARADILAN ŞƏRAİTLƏ TANIŞ OLUB üçün şərhlər bağlıdır

    1511862825569226883_1000x66915118628251923860826_1000x669Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
    AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dövrünü yaşayır. Orduda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Hərbi hissələrin əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Digər PREZİDENT İLHAM ƏLİYEV TƏRTƏRDƏ 1170 MƏCBURİ KÖÇKÜN AİLƏSİ ÜÇÜN SALINAN YENİ YAŞAYIŞ KOMPLEKSİ İLƏ TANIŞ OLUB üçün şərhlər bağlıdır

    15118580466328527343_1000x669151185804680622623_1000x669Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.
    Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni mənzillərlə təmin olunması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər görülüb. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Digər TƏRTƏR-SEYDİMLİ-QARADAĞLI-SAROV AVTOMOBİL YOLUNUN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    1511855533651320037_1000x66915118555332630265054_1000x669Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub.
    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
    Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildənilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin ya-şayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına-yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Tərtər-Seydimli-Qaradağlı-Sarov marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun tikintisi layihəsi xüsusi əhəmiyyət daşıyır. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Səhiyyə İXTİSASLI HƏKİMLƏRDƏN İBARƏT SƏYYAR BRİQADA TƏRTƏRDƏ OLUB üçün şərhlər bağlıdır

    DSC_6842 (Копировать)Cəbhə bölgəsində yaşayan əhalinin tibbi müayinəsi üçün ixtisaslı həkimlərdən ibarət səyyar briqada Tərtərə səfər edib. Mərkəzi Rayon Xəstəxanasında keçirilən humanitar aksiyada Azərbaycan Tibb Universitetinin əməkdaşları professor Nuru Bayramov, dosent Cəfər Nəsirli, tibb üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Mərkəzi Klinikanın uroloq həkimi, tibb üzrə fəlsəfə doktoru Elbəyi Daşdəmirov, Mərkəzi Gömrük Hospitalının həkimi, mama-ginekoloq Təranə Bayramova rayon sakinlərinə tibbi xidmət göstəriblər. Tərtər Mərkəzi Rayon Xəstəxanasında tibbi yoxlamanın keçirilməsi üçün zəruri şərait yaradılıb. Ultrasəs və digər diaqnostikadan sonra ehtiyacı olanlara müalicə kursu təyin edilib. Cərrah, uroloq, ultrasəs mütəxəssisi və mama-ginekoloq həkimlər belə səfərlərdə həvəslə iştirak etdiklərini bildiriblər. Briqada üzvləri bu aksiyanın cəbhə bölgəsində yaşayanlara mənəvi dəstək olduğunu və cəbhəyanı bölgələrə səfərlərinin mütəmadi davam etdiriləcəyini də qeyd ediblər. Aksiyadan 100-ə yaxın rayon sakini yararlanıb.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini müayinədən keçirən tibb personalına və onların çalışdığı müəssisələrin rəhbərliklərinə cəbhə bölgəsində yaşayan tərtərlilər adından minnətdarlığını bildirib.

    Teqlər:

  • 11Dek
    Kənd təsərrüfatı YENİ TUT TİNGLƏRİ ƏKİLİR üçün şərhlər bağlıdır

    DSC_6791 (Копировать)Tərtərdə baramaçılığın inkişafı ilə əlaqədar yeni tut bağları salınır. Bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda tut tinglərinin əkilməsi üçün lazım olan şərait yaradılıb. Ümumilikdə, cari ildə rayon ərazisində 139 min tut tinginin əkini planlaşdırılıb ki, bunun da artıq 30 mini əkilib. Hazırda tut tinglərinin əkilməsi prosesi davam edir. Təşkil olunan növbəti əkin zamanı torpağa 10 minə qədər Çin Xalq Respublikasından gətirilmiş ting basdırılıb.
    Qeyd edək ki, ötən il Tərtərdə 31 min 357 ədəd tut tingi əkilib. Onlardan 30 min ədədi Çin Xalq Respublikasından, 1357 ədədi isə Bərdə Meşə Mühafizə və Bərpası Müəssisəsindən gətirilib.
    Rayon ərazisində yeni tut bağlarının salınması və köhnə bağların bərpası üçün görülən işlər davam etdirilir.

    “Yeni Tərtər”

    Teqlər: