23 iyun–Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
Tədbirdə rayon icra haki-miyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edib. Qeyd olu-nub ki, 23 iyun–Dövlət Qulluqçularının peçə bayramı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.
Daha sonra dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolundan danışılıb.
Daha sonra göstərilib ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 235 nəfər dövlət qulluqçusu işləyir. Onlardan 24 nəfəri gənc, 59 nəfəri isə qadındır. 224 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında baş məsləhətçi Tunarə Məmmədzadə, Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov çıxış ediblər.
Sonra rayon rəhbəri tərəfindən rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən bir qrup dövlət qulluq-çusuna fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
-
29İyn
Müəllif: Redaktor, 10:57
Teqlər: Tərtər RİH-də