Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı münasibətilə təbrik edib. Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, Azərbaycan polisinə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğı göstərildiyini, hazırda bu diqqət və qayğının ulu öndərin siyasi kursunun layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov peşə bayramı münasibəti ilə polis işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb, keçilən tarixi yoldan danışıb.
Bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata ke-çirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələnib. Müsbət dəyi-şikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sə-daqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradılıb, ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb.
Tədbirdə iştirak edən rayon prokuroru Şıxəli Alməmmədov və Polis Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Qeys Qəhrəmanov çıxış edərək 100 illik tarixə malik Azərbaycan polisinin tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildiriblər.
Sonra rayon polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Ərşad Əhmədov daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis işçisinə fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.
-
11İyl
Müəllif: Redaktor, 11:53
Teqlər: Xəbərlər