Bakıda keçirilən bayram paradını ürək çırpıntıları ilə izlədim. Sonsuz qürur hissi keçirdim. Çox da uzaq olmayan keçmişimizi xatırladım. 1990-cı illərin əvvəllərində biz müstəqillik qazansaq da, milli ordumuz hələ formalaşmamışdı. Cəbhədə silah və sursat sarıdan üstünlük düşmən tərəfindəydi. Ona görə neçə-neçə igidimiz bu döyüşlərdə şəhid oldu. Bu gün öz oğullarını hərbi xidmətə yola salan analar artıq narahat deyillər. Qısa müddət ərzində Azərbaycan Ordusu fəxarət doğuran inkişaf yolu keçib. Bu gün bizim güclü ordumuz, müasir silahlarımız, vətənpərvər hərbçilərimiz var. Hərbi hissələrdə əsgərlərimiz üçün nümunəvi şərait yaradılıb.
Ömrümün ahıl çağını yaşayıram. İndi həyatda ən böyük arzum Qarabağımızı azad görməkdir. Bakıda keçirilən hərbi paraddan sonra məndə belə bir əminlik yaranıb ki, Azərbaycan Ordusunun növbəti hərbi paradı işğaldan azad edilmiş torpaqlarımızda keçiriləcək.
Nubar MƏDƏTLİ,
Azadqaraqoyunlu kəndi,