ƏLİLLƏRİMİZ
ŞƏHİD RUHLARI RAHAT OLACAQ
Bərdari Nizami Fərhad oğlu. Bu ad rayonumuzda çoxlarına tanışdı. O, 1968-ci ildə Tərtər rayonunda anadan olub. 1976-1986-cı illərdə Səhlabad kənd tam orta məktəbini bitirib. Təhsilini başa vurandan sonra 1987-89-cu illərdə Rusiyanın Sankt-Peterburq şəhərində hərbi xidmət keçib. Hələ o illərdə Nizaminin çevikliyi, qoçaqlığı komandirlərinin diqqətindən yayınmayıb. Nümunəvi qulluğuna görə valideynlərinə dəfələrlə təşəkkür məktubları gəlib.
Məlum hadisələr baş verəndə, mənfur qonşularımızın bizə qarşı torpaq iddiası, insanlarımıza verdikləri əzab-əziyyətlər hər bir vətən oğlu kimi Nizami Bərdarini də ciddi narahat elədi. Odur ki, 1992-ci ildə könüllü olaraq milli ordumuzun tərkibinə yazılıb, torpaqlarımızın müdafiəsinə qalxdı. Ağdərə istiqamətində döyüşlərdə vuruşdu, həmin il iyun ayının 12-də sol ayağından ağır qəlpə yarası aldı. Bir müddət hərbi qospitalda müalicə olunandan sonra yenidən cəbhəyə döndü. Daha ətraflı »



Elbrus Sadıqov Mahmud Mehdiyev Məlumdur ki, rayonumuz düşənlə 48 kilometrlik təmas xəttində yerləşir. İllərdir insanlarımız mənfur düşmənin hiyləsindən əziyyət çəkir. Böyüklərimiz əkin-biçin aparanda, uşaqlarımız çöl-bayırda oynayarkən dördgöz olurlar. Sanki hansısa bir tərəfdən güllə atılacağını, ya da qəfləti mərmi qəlpəsinin qurbanına çevriləcəklərini düşünürlər. 1988-ci ildən yönü bəri mərd oğullarımız torpaqlarımızın toxunulmazlığı uğrunda ölüm-dirim savaşına qalxaraq bir qarışını belə erməniyə verməyiblər. Şəhid veriblər, sağalmaz yaralar alıblar, amma candan əziz sevdikləri Tərtər torpağını qoruyublar. Bu gün yüzlərlə qazilərimiz var ki, bədənlərində savaşlar zamanı aldıqları yaraların izlərini daşıyırlar. Keçdikləri döyüş yollarının xatirələrini unuda bilmirlər. Hər an torpaqlarımızın azad olunması üçün hazır olduqlarından ürəklə söz açırlar. Onlar Qarabağ Müharibəsi əlili və ya veteranıdırlar. Elbrus Sadıqov və Mahmud Mehdiyev də Qarabağ Müharibəsi veteranlarıdır. Ürəkləri ağrılı-acılı xatirələrlə doludur.
İki il əvvəl redaksiyamızda kompüterçi işləmək üçün 3 nəfər müraciət etmişdi. Adəti üzrə hər üçünə sınaq müddəti verildi ki, qəzet proqramını öyrənsinlər. Təcrübəli kompüterçilər öz peşələrini həvəslə onlara öyrətməyə başladılar. Müraciət edənlərdən bir nəfəri–Aysel hər bir incəlikləri tez mənimsəməyə çalışdı. O, orta məktəb partası arxasından yenicə ayrılmışdı. Şəhər 5 saylı tam orta məktəbini bitirmişdi. Bu gün dövrümüz kompüter əsri olduğu üçün Aysel seçimində yanılmamışdı. Çox az bir zamanda lazım olan proqramları mənimsəyərək, kompüterçi işinə qəbul edildi. Onunla birlikdə gələnlərdən fərqləndi, tez bir zamanda qəzet səhifələrini lazım olan səviyyədə qurmağı bacardı.
Şəlalə Əli qızı Əhmədova oğlu Zöhrabı, nəvələri İlkini, Turanı və Nuranı ad günləri münasibəti ilə təbrik edir, onlara cansağlığı, uzun ömür, bəxtəvərlik və səadət arzulayır.
…Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyindən, tarixə çevrilmiş 2017-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrində köklü dəyişikliklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə yadda qalmış, tariximizə sürətli və uğurlu inkişaf ili kimi düşmüşdür.

Rayonda 1170 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin tikintisi başa çatdırılmışdır. Bundan başqa Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə yaşadıqları həyətlərdə fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Şıxarx kəndi ərazisində “Marağa-150” tarixi abidə – kompleksinin ətrafında abadlıq işləri başa çatdırılmışdır.
Sevindirici haldır ki, rayon üzrə 2017-ci ildə pambıqçılıqdan 5,5 milyon manat, şəkər çuğundurundan 4,5 milyon manat, günəbaxandan 3 milyon manat gəlir əldə olunmuşdur. Bu da əhalinin rifah halının yüksəlməsinə təkan vermişdir.
Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən 23 min 106 kubmetr məişət tullantıları vaxtında təmizlənib daşınmış, əhaliyə 441 min 396 manat məbləğində kommunal xidmət göstərilmişdir.
Yeni ismarıclar