RAZILIQ EDİRLƏR
Cəbhə bölgəsində qərar tutan Tərtərimizdə quruculuq, abadlıq işləri daim davam etdirilir. 42 saylı Yol İstismarı MMC-nin direktoru Ramil Bayramovla əlaqə saxladıq. O bildirdi ki, Nicat İsgəndərov, Mehdi Hüseynzadə və Nəriman Nərimanov küçələrində asfaltlanma işləri tam başa çatıb, hər üç küçədə yaşayış binlarının həyətlərinə də asfalt salınmışdır. Hal-hazırda “GES qəsəbəsi” adlanan ərazidə asfaltlanma işləri görülür. Burada da artıq işlər başa çatmaq üzrədir. Bundan sonra şəhərimizin Ədalət Paşayev və Vəzir Orucov küçələrinin asfaltlanması işlərinə başlayacağıq.
Görülən abadlıq işləri ilə bağlı elə biz özümüz də bu günlərdə həmin küçələrdə olduq, görülən işləri öz gözlərimizlə gördük.
Mehdi Hüseynzadə və Nəriman Nəri-manov küçələrində gecə işıqlandırılma-sının çəkilişi insanlarda böyük razılıq hissi yaradıb.
Mehdi Hüseynzadə küçəsinin sakini Zərnişan Tanrıverdiyeva deyir ki, mən uzun illərdir ki, bu küçənin sakiniyəm, küçəmizi heç vaxt indiki kimi belə gözəl görməmişəm.
Küçələrin sakinləri bu gözəlliyi yaradanlara: “əlləriniz var olsun” – deyirlər.
Bəli, abad küçə də elə rahat yol kimidir. Ulu öndərin bu kəlamını hamı yaxşı bilir: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”.
Əvəz NƏSİROV