BMT Uşaq Fondu (UNICEF) və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin yeni mərhələsi çərçivəsində Tərtər rayonuna növbəti səfərlərini ediblər.
Səfər çərçivəsində Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və UNICEF-in nümayəndəsi Edvard Carvardine Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Bildirilib ki, layihənin əsas məqsədi region gənclərini müasir dövrün çağırışları barədə maarifləndirmək, pis vərdişlərdən çəkindirmək və öz potensiallarından düzgün və məqsədyönlü şəkildə istifadə etmələrinə nail olmaqdır.
Görüşdə rayon rəhbəri cəmiyyətin və dövlətin inkişafında gənclərin oynadığı rol haqqında danışıb, bildirib ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonra nümayəndə heyəti Gənclər Mərkəzində Məşvərət Şurasının üzvləri ilə görüşüb, 3D film mərkəzində film izləyiblər.
-
20İyl
Müəllif: Redaktor, 11:21
Teqlər: Xəbərlər