BOLQARISTANLI JURNALİSTLƏR TƏRTƏRDƏ

Müharibənin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkmək məqsədi ilə Tərtər rayonuna səfər etmiş Bolqarıstanın BTV televiziyasının muxbiri İvan Serafimov Georgiev və operatoru Boris Lyubenov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometrlik təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişətinə və digər sahələrə ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.
Düşmən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törətməklə ətraf mühitə ciddi ziyan vurur.
Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə kənd təsərrüfatı işlərində çətinliklər yaranır. Daha ətraflı »



Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Əl-Cəzirə” telekanalının baş prodüsseri Şhafik Mandhai müharibənin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan barədə reportaj hazırlamaq məqsədi ilə Tərtər rayonuna səfər edib.
Bu günlərdə Elman Qarayev adına Qarağacı kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş musiqili tarix viktorinası keçirildi.
Rayonda məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış kompleksində Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirib.
Həmyerlimiz, texnika elmləri doktoru, professor Rasim Axundovun tərtib etdiyi iki yeni kitab çapdan çıxıb – “Müdrik kəlamlar, hikmətli sözlər, nəsihət və aforizmlər” və “Bilirsinizmi? Nələr olmur bu dünyada…” Hər iki kitabın redaktorlarından biri qəzetimizin baş redaktoru Tofiq Yusifdir. “Bilirsinizmi? Nələr olmur bu dünyada…” kitabına ön sözü də Tofiq Yusif yazıb.
…Biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks-təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.
15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Müzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir. Həmin gün Rusiyanın bütün müzeylərində “açıq qapı” elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalarla tanış olurlar.
3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür. 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb. Azərbaycanda söz və mətbuat azadlığının təminatı ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib. Söz azadlığı istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, prezident İlham Əliyev də KİV-in inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi yönündə bir sıra mühüm addımlar atıb. Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşıb, söz azadlığı tam təmin olunub. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur.
Yeni ismarıclar