YAP-ın fəaliyyətindən və xalq qarşısındakı xidmətlərindən danışarkən Ulu Öndər demişdir: “Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsəd-ləri, qəbul etdiyi Proqram müstəqil Azərbaycan Respublikasında demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi, siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur”.
Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətindən güc alaraq yaranmış Yeni Azərbaycan Partiyası Azərbaycan Pespublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi altında öz fəaliyyətini daha da genişləndirmişdir. Ötən 25 il ərzində öz prinsiplərinə sadiqlik göstərən bu partiya zamanın bütün sınaqlarından müvəffəqiyyətlə çıxaraq, Azərbaycanın sosial-iqtisadi inkişafına, dövlət quruculuğuna samballı kömək göstərmişdir.
Məhz buna görə də indi ölkəmiz regionun lider dövlətlərindən birinə çevrilib
İntiqam NURİYEV,
rayon təhsil şöbəsi ərazi ilk
partiya təşkilatının katibi