25 il əvvəl ölkəmiz ikinci dəfə müstəqillik əldə etsə də, bu müstəqillik çox kövrək idi. Ölkəyə rəhbərlik edən insanlar bu vəzifənin öhdəsindən gələ bilmədiyindən, Azərbaycanda xaos və anarxiya yaranmışdı. Ölkə vətəndaş müharibəsi astanasındaydı.
Belə bir vəziyyətdə xalqımız ən doğru qərar qəbul edərək, özünün inandığı, güvəndiyi liderinə müraciət etdi. 91-lərin müraciəti tarixə yeni bir missiya–xilaskarlıq missiyası ilə daxil olan partiyanın–Yeni Azərbaycan Partiyasının yaranmasını labüd etdi.
1992-ci ilin 21 noyabrında Naxçıvanda yeni dövrün partiyası təsis edildi. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, dövlətə, milli məsələlərə müxalifətdə dayanmadı. Qısa müddətdə, bütün təzyiqlərə baxmayaraq, bu partiya xalqın ümid yerinə çevrildi və onun sıralarına daxil olanların sayı sürətlə artmağa başladı.
1995-ci ildə keçirilən Milli Məclisə seçkilər zamanı səslərin əksəriyyətini qazanan partiyamız xalqa xidmət üçün yeni imkanlar əldə etdi. Bununla da xalq–partiya birliyi yarandı.
Bəkir Nağıyev,
mərkəzi rayon xəstəxanasının
həkimi, partiya veteranı