Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11İyl

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində olub.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Qaraağacı Bələdiyyəsinin sədri Rizvan Əzimov məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı Əli Əliyev, sakinlərdən Fəridə Mustafayeva, Valeh Əzimov, Elnur Quliyev müxtəlif məsələlər barədə müraciət etdilər.
    Müraciətlərlə bağlı icra başçısı əlaqədar qurumlara lazımi tapşırıqlar verib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun İsmayılbəyli kəndində keçirilib.

    Müəllif: Redaktor, 11:56

    Teqlər:

İsmarıclar bağlıdır.