Tərtər şəhərinin Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruzun müjdəçisi İlaxır Çərşənbə -Torpaq çərşənbəsi münasibətilə möhtəşəm bayram şənliyi keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, kollektivlər, mədəniyyət işçiləri və çoxsaylı şəhər sakinləri iştirak ediblər.
Bayramın rəmzi olan möhtəşəm tonqalı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov alovlandırıb.
Daha sonra çıxış edən rayon rəhbəri sakinləri bayram münasibətilə təbrik edərək qeyd edib ki, Novruz xalqımızın milli varlığını, qədim tarixini və zəngin mədəniyyətini özündə birləşdirən ən əziz bayramdır. Vurğulayıb ki, builki çərşənbə şənlikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin sevincini yaşayaraq ölkəmizin hər yerində, o cümlədən Tərtərdə yüksək əhval-ruhiyyə ilə qeyd edilir. O, hər bir evə ruzi-bərəkət, xalqımıza əmin-amanlıq və daimi inkişaf arzulayıb.
Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. Milli geyimli rəqs qruplarının ifasında təqdim olunan xalq rəqsləri meydana xüsusi rəng qatıb, ifa olunan şən musiqilər sakinlərin bayram sevincini daha da artırıb.



Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, o, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur;
İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır.Builki forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik;
2026-cı il martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa arasında keçirilən görüş və verilən bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfər tərəflər arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, enerji, təhlükəsizlik, nəqliyyat və regional əməkdaşlıq sahələrində yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
10 mart 2026-cı il tarixində YAP Tərtər rayon təşkilatının inzibati binasında təşkil olunan görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və partiya veteranları – Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi ərazi partiya təşkilat sədri Nəbiyev Əbilfəz Salman oğlu, Borsunlu ərazi partiya təşkilat sədri Orucov İlqar Məmməd oğlu və Partiya veteranı Əliyev Eldəniz Hüseyn oğlu iştirak ediblər .



Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Tərtər İstirahət Mərkəzi”ndə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Bayramın müqəddəs Ramazan ayına təsadüf etməsi münasibətilə tədbir iftar süfrəsi ətrafında təşkil olunub.
Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.
Yeni ismarıclar