Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Fev

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov və aparatın məsul əməkdaşları ilə birlikdə rayonun Mamırlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Müşviq İsmayılovun anası Rəqiyyə İsmayılovanın yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
    Müşviq İsmayılov 1971-ci il dekabr ayının 31-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbini bitirib və keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı doğma kənddə kolxozçu işləyib. 1993-cü ilin noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. Xidmət etdiyi Milli Ordunun N saylı hərbi hissəsinin tərkibində erməni faşistlərinə qarşı Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edib. 5 may 1994-cü ildə Ağdərə rayonunun Həsənqaya kəndi uğrunda gedən döyüşdə şəhid olub.
    Subay idi. Mamırlı kənd qəbiristanlığında dəfn olunub.
    Mərhumun yaxınları onların ailəsinə göstərilən qayğıya görə təşəkkür ediblər.

     

    Müəllif: Redaktor, 12:43

İsmarıclar bağlıdır.