Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib.
Dövlət başçısı bildirib ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir.
Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu.
O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan – nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, – Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək.
Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.
Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır.
Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Daha ətraflı »


Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.
Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
21 may 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxışı edib. Ölkə başçısı çıxışında bildirib ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm.
Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Toplantısının Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi regional inteqrasiyanın və beynəlxalq əməkdaşlığın yeni mərhələsinə işarə edir. Bu sammit yalnız üzv dövlətlərin deyil, həm də müşahidəçi ölkələrin aktiv iştirakı ilə Türk dünyasında birliyin güclənməsinə və qlobal arenada ortaq mövqelərin formalaşdırılmasına xidmət edir. Macarıstanın ilk dəfə təşkilata ev sahibliyi etməsi və “Şərq və Qərbin görüş nöqtəsi” mövzusu, həm geosiyasi, həm də mədəni baxımdan əhəmiyyətli bir dialoqun əsasını qoyur. Budapeştdə keçirilən bu görüş, Türk Dövlətləri Təşkilatının strateji hədəflərini daha da irəli aparmaqla yanaşı, regional sabitlik və əməkdaşlıq üçün mühüm mesajlar verir.
Bu gün Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni əlaqələr yüksək səviyyədədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində verdiyi bəyanat, Azərbaycan-Macarıstan münasibətlərinin dərinliyini və çoxşaxəli xarakterini bir daha nümayiş etdirir. Bu bəyanat, iki ölkənin oxşar tarixi, geosiyasi və sosial çağırışlara qarşı ortaq mövqedə dayandığını və gələcəyə yönəlik strateji əməkdaşlıqların gücləndiyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata bəyanat verib.
Yeni ismarıclar