Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri olmuşdur.
Səfər çərçivəsində hər iki ölkənin rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışına başlayarkən Vyetnam Sosialist Respublikası Kommunust Partiyasının Baş katibi To Lamı salamlayaraq bildirdi ki, Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Səfərin nəticələri uğurlu olacağını və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyini qeyd etdi. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi olaraq qeyd etdi. Vurğuladı ki, bu çox ciddi siyasi sənəd olmaqla hər iki ölkənin ümumi mənafeyinə xidmət edəcəkdir.
Dahi şəxsiyyət Heydər Əliyevin 42 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb.
Azərbaycan və Vyetnam arasında münasibətlər tarixi dostluq və qarşılıqlı hörmətə əsaslanır. 1959-cu ildə Vyetnam Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri və 1983-cü ildə Ümummilli lider Heydər Əliyevin Vyetnama səfəri bu münasibətlərin təməlində duran əsas hadisələrdəndir.
Vyetnam Sosialist Respublikası Kommunust Partiyasının Baş katibi To Lamın Azərbaycana olan bu səfəri Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Daha ətraflı »


Prezident İlham Əliyev 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə müsahibə verib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat zamanı bildirib ki, əminəm səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.
07 may 2025-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon təşkilatının və Qarabağ Regional Təhsil İdarəsi Tərtər-Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Tərtər rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin qarşısında müxtəlif yaş kateqoriyalarından ibarət məktəblilər arasında Ulu Öndərə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

01-07 may 2025-ci il tarixlərdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Qarabağ Regional Təhsil İdarəsinin birgə razılaşdırılmış tədbirlər planına əsasən Tərtər rayonunun ümumtəhsil məktəblərinin X-Xl sinif şagirdlərindən ibarət komandaları arasında minifutbol idman növü üzrə rayon turniri keçirilmişdir. Maraqlı mübarizə şəraitində davam edən yarışa 27 məktəb komandası qatılmışdır.

May ayının 6-da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər-Ağdərə rayonları üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turnirinin qaliblərinə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbinin təltiflərini təqdim edib.

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Qarabağ Redional Gənclər və İdman İdarəsi və Tərtər–Ağdərə rayonları üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Tərtər rayon Gənclər Evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə “Əbədiyaşar dahi şəxsiyyət–Heydər Əliyev” adlı gənclərin iştirakı ilə konfrans keçirilib.

Tərtər rayon Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Zərifə Əliye-va: Əbədi işıq mücəssəməsi” mövzusunda konfrans keçirilib.
Bu bahar günlərində qəhrəman Tərtər şəhərində, böyük şəxsiyyət, dünyaşöhrətli alim, qayğıkeş və mehriban həyat yoldaşı və ana Zərifə xanım Əliyevaya həsr olunmuş tədbirin keçirilməsi rayon sakinləri üçün, xüsusilə vaxtilə Zərifə xanım Əliyeva ilə eyni dövrdə yaşamış insanlardan ötrü olduqca xoş oldu.
Yeni ismarıclar