Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhərin Mərkəzi meydanında abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
Görülən işlər çərçivəsində meydandakı gecə işıqlandırma dirəkləri rənglənib, dekorativ gül kolları əkilib, ərazinin ümumi abad görünüşünün yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb.
Aparılan abadlıq işləri şəhərin estetik görünüşünün daha da gözəlləşdirilməsinə və sakinlərin istirahəti üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.