Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,847
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Okt

    Övladlarımız üçün lazımi şərait yaradılıb

    Kəndimizdəki uşaq bağçasının binası 1970-ci illərdə tikilib. Son zamanlara qədər istifadəyə yararsız idi.
    Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunan uşaq bağçası bu günlərdə istifadəyə verilib.
    Təmir işləri yüksək səviyyədə aparılıb, bağça mebel və avadanlıqlarla təmin edilib, uşaq meydançası təşkil edilib.
    İndi hər səhər övladlarımız yuxudan oyanıb, həvəslə bağçaya gedirlər. Onlar da rahatdırlar, biz valideynlər də
    Yeni təmir olunmuş binada daha böyük məsuliyyətlə çalışan bağçanın kollektivi balacaların sağlam və xoş-bəxt, vətənpərvər ruhda böyümələrinə çalışırlar.
    Kənd sakinləri, bütün valideynlər adından uşaqlarımız üçün yaradılan belə gözəl şəraitə görə dövlətimizə, Heydər Əliyev Fonduna təşəkkür edirəm.

    Nigar ƏLİYEVA,
    Hüsənli kəndinin sakini, valideyn

    Müəllif: Redaktor, 09:00

İsmarıclar bağlıdır.