Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,851
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Okt

    2003-cü il oktyabrın 15-də xalqımız Ulu Öndərin layiqli davamçısı İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.
    Müzəffər Ali Baş Komandan, dövlət baş-çısı İlham Əliyev elə ilk vaxtlardan işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qətiyyətlə çalışdı. İlk növbədə iqtisadiyyatımız inkişaf etdirildi, güclü, müasir silahlarla təhciz edilmiş Azərbaycan Ordusu yarandı.
    Azərbaycan xalqı həmişə humanist, sülhsevər olub. Lakin dünya siyasətçiləri ikili standartlardan çıxış etdikləri üçün, 5 il əvvəl, sentyabrın 27-də 44 günlük Vətən müharibəsi başladı və bu savaş dünyada öz unikallığı ilə tarixə yazıldı. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 ildən artıq bir müddətdə işğal altında olan torpaqlarını cəmi 44 gün ərzində azad etsin.
    Azərbaycanın igid oğulları, əsgər və zabitləri döyüş meydanlarında bir addım belə geri çəkilmədilər və bu müqəddəs amal uğrunda canlarını əsirgəmədilər.
    Müharibə dövründə xalqımz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, öz ordusunun arxasında dayandı.
    Bu gün o torpaqlara Böyük Qayıdış başlayıb. İllərlə düşmən tapdağında olan şəhər və kəndlərimizdə dünyanı heyran qoyan quruculuq işləri görülür.
    Bütün bunlara görə biz öz şəhidlərimizə, qazilərimizə, hər bir müharibə iştirakçısına borcluyuq.
    Öz vədinə şərəflə əməl edərək, bizə qalibiyyət sevincini yaşadan, Azərbaycanımızın bütöv və suveren olmasına nail olan möhtərəm Prezidentimiz İlham Əliyevlə fəxr edirik!
    Allahdan bütün şəhidləriməzə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq.

    Sofiya Həsənova,
    Rayon Ağsaqqallar Şurasının üzvü

    Müəllif: Redaktor, 09:38

İsmarıclar bağlıdır.