Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,043
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12May

    May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Tərtər rayonunda da qeyd edildi. Minlərlə  tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     

    Müəllif: Redaktor, 08:48

İsmarıclar bağlıdır.