Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində sözügedən fənnin keçildiyi dünyanın 13 nüfuzlu ali təhsil müəssisəsi sırasında Çexiyanın paytaxtı Praqada yerləşən Karlov Universiteti də var. “Azərbaycan multikulturalizmi” fənnini bu ilin yaz semestrində həmin universitetdə tədris edən Roza Şəfiyeva ilə bugünlərdə tədrisin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği istiqamətində görülən işlər barəsində söhbətləşdik.
Roza Şəfiyeva bildirib ki, dərslər bu ilin mart-iyun ayı ərzində Karlov Universitetinin Fəlsəfə fakültəsinin Şərqi Avropa ixtisası və musiqi bölümünün tələbələrindən, eləcə də universitetdə Ukrayna dilini tədris edən müəllimdən ibarət 14 nəfərlik heyətə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tərəfindən təqdim edilən tədris proqramı əsasında keçilib. Tədrisin sonunda müdavimlər uğurlu nəticə göstəriblər.
Pedaqoq Praqada olduğu müddətdə “Çex mərkəzləri” təşkilatının əməkdaşları ilə görüş keçirib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Adıçəkilən təşkilatın rəhbərliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq etməyə, birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildirib. Daha ətraflı »
-
05İylMilli-mənəvi dəyərlər ÇEXİYADA AZƏRBAYCAN MULTİKULTURALİZMİ üçün şərhlər bağlıdır
Teqlər: Milli-mənəvi dəyərlər
-
05İylSosial GÜCÜMÜZ BİRLİYİMİZDƏDİR üçün şərhlər bağlıdır
REGİONLARIMIZIN SİMASININ DƏYİŞMƏSİ, BURADA SOSİAL-İQTİSADİ PROBLEMLƏRİN UĞURLU HƏLLİ HEYDƏR ƏLİYEV STRATEGİYASININ REALLAŞDIRILMASININ NƏTİCƏSİDİR1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərlik etməyə başlayan Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatında hökm sürən xaos və anarxiya ilə yanaşı, iqtisadiyyatın da tamamilə dağılması ilə üz-üzə qalmışdır. Xüsusən regionlarda vəziyyət çox çətin idi. Sosial infrastruktur bərbad hala salınmış, iş yerləri bağlanmış, insanlarda torpağın əkilib-becərilməsinə maraq qalmamışdı. Ümummilli Liderimizin Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün zəmin yaratdı.
1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bununla da regionların inkişafında yeni mərhələ başladı. Həmçinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Fərmanın imzalanması ölkədə geniş-miqyaslı dinamik inkişafın yeni istiqamətlərini müəyyənləşdirdi. Məhz həmin Fərman əsasında Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası hazırlandı və bu mühüm vəzifənin sonrakı illərdə icrası Prezident İlham Əliyevin üzərinə düşdü.HƏLLEDİCİ MƏRHƏLƏ
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında işlənib hazırlanmış və ardıcıllıqla həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu dövrə aid vəzifələrin yerinə yetirilməsində həlledici mərhələ olmuşdur. Daha ətraflı »Teqlər: Sosial
-
05İylMilli-mənəvi dəyərlər YAŞANMIŞ BİR ÖMÜR üçün şərhlər bağlıdır
Həyata gələn insan bir ömür yaşayır. Kimisi az, kimisi çox. Sözsüz ki, az yaşayana çərxifələk macal vermir. Ancaq çox yaşayan nə isə etməyə can atır, özündən sonra iz qoymağa çalışır. Kişi, ya qadın fərqi yoxdur. Əzab çəkəni də var, xoşbəxt yaşayanı da. Hər halda bir ömür yaşanılır və vaxt çatanda bu dünyanın istisinə-soyuğuna, şirininə-acısına əlvida deyir. Lakin nə xoşbəxtdir özündən sonra izi qalanlar, xoş xatirələrlə anılanlar!
Zeynəb Usub qızı Əhmədova da özünə düşən ömür payını yaşamışdır. O, 1911-ci ildə Tərtər qəzasının Bayandur kəndində dünyaya göz açmışdır. Onun uşaqlığı sovet hökumətinin ilk quruculuq illərinə təsadüf edir. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlamışdı. Torpağa bağlılıq, zəhmətsevərlik ilk vaxtlardan onu hamıya sevdirmiş, hörmətli etmişdir.
1937-ci ildən 1964-cü ilə kimi pambıqçılıq təsərrüfatında manqa-başçısı və briqadir kimi fəaliyyət göstərdi. Necə deyərlər, zəhmətlə ülfət bağladı. Qışın oğlan çağında, yayın qora bişirən vaxtında işdən yorulmadı, öz halal əməyi ilə həyatının şöhrət çələngini toxudu. Bəzən gecənin ay işığında kəhər atın belinə qalxaraq əlində “lapatka” pambıq sahələrinin suvarılmasına nəzarət etdi, bəzən də becərmənin keyfiyyətli aparılmasını yoxladı. Nəhayət ki, istədiyi nəticəni ala bildi.
Hazırda rayonumuzda Zeynəb Əhmədovanın oğlu, gəlini, nəvə-nəticələri yaşayır. İlk görüşüm gəlini Qənirə bacı ilə oldu. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
05İylMilli-mənəvi dəyərlər BİR DAHA MƏMMƏD ASLANI YAD EDƏK üçün şərhlər bağlıdır
Tərtərlilərin şair dostu Məmməd Aslanın Dəlidağa olan səfərləri bizim mahaldan keçirdi. Çox şeirinin mövzusu dünya gözəli Kəlbəcər idi.
Bəli, insan övladı sevdiyini itirəndə onu ikiqat sevir. Bu belədir.
Gəncə yolu burdan keçir,
Müğan keçir, Şirvan keçir.
Dəlidağa karvan keçir,
Qonaq gəlin bizə, dostlar.
Bəli, bütün ellərdən Dəlidağa insanlar bizim Cavanşir mahalından, yəni Tərtərimizdən keçib gedirdilər. Məmməd Aslan da bu həsrətin xəstəsi oldu. Dövlət televiziyasında apardığı verilişdə söz xəzinədarlarına istinadən söyləyirdi ki, “həsrət” sözünə tay olan ikinci bir ağır sözə təsadüf etməmişəm.
Məmməd Aslanımızın ruhu şad olsun, rahat yat, əziz qardaş, deyəsən, bıçaq sümüyə çatıb.Nübar Mədətli,
Azadqaraqoyunlu kəndiTeqlər: Milli-mənəvi dəyərlər
-
05İylMilli-mənəvi dəyərlər KÖHNƏ QƏBRİSTANLIĞIN “TƏZƏ” DƏRDİ üçün şərhlər bağlıdır
Adətdir, Novruzqabağı günlərdə hər bir ailədə əvvəlcə dünyalarını dəyişənləri yad edir, onların ruhlarına Quran surələri oxutdurur, qəbirlərin üstünü təmizləyir, evlərdə ehsan verirlər. Bu, xalqımızın milli mentalitetidir, təqdirəlayiq ənənədir. Çünki, kim bilir ki, bu gün başdaşlarının arasında gəzənlərin hansı sabah özü harada olacaq – torpağın üstündə, yoxsa altında? Yəni, anmalıyıq ki, bizim özümüzü də ansınlar.
“Qara bayram” deyilən gündə qəbristanlığa kimlər gəlmir? Azərbaycanın müxtəlif guşələrində, hətta ölkəmizdən kənarda yaşayanlar da həmin gün dünyadan köçənlərini yad etmək üçün doğma ocağa gəlirlər. Yəni bu ənənə həm də insanları bir-birinə yaxınlaşdırır, doğmalar arasında canlı ünsiyyətə cəlb edir. Bütün bunlar çox yaxşıdır. Amma açığını deyim ki, həmin gün bir tərtərli kimi mən həm də xəcalət hissi keçirirəm. Biz nə edirik? Doğmalarımızın qəbirlərini təmizləyib, otu-alağı, müxtəlif tullantıları yaxınlıqdakı qəbirlərin üstünə tökürük. Niyə? Məgər onlar da bizdən deyillərmi? Əgər qəbrin təmiz saxlanmasının ölünün ruhuna bir xeyri dəyərsə, onda başqa ruhları niyə narahat edirik? Hansı əsrdə yaşayırıq? Bütün tullantıları bir yerə toplayıb, oradan da daşıtdırmaq olmazmı? Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
05İylİqtisadiyyat SAHİBKARLARA DİQQƏT GÖSTƏRİLİR üçün şərhlər bağlıdır
Ölkəmizdə sahibkarlığın inkişafına yaradılan geniş imkanlar bu gün bizdən öz işimizə yenidən baxmağı, dünyadakı müasir təcrübəni öyrənib mənimsəməyi tələb edir.
Ailəmizin üzvləri həm heyvandarlıq, həm də əkinçiliklə məşğul olurlar. Müasir tələblərə cavab verən heyvandarlıq kompleksimiz var. Burada 100 baş iribuynuzlu mal-qara saxlanılır. Təsərrüfatımızda süni mayalanma üsulundan geniş istifadə edilir. Bu üsulla alınan balalar çox məhsuldar olmaqla yanaşı sürətlə inkişaf edir.
Heyvandarlığın yem bazasını da öz gücümüzlə yaratmağa çalışırıq. Belə ki, 15 hektar sahədə taxıl, yonca və arpa əkir, müasir becərmə texnologiyalarından istifadə etməklə yüksək məhsul götürürük. Bununla yanaşı, təsərrüfatımızda yemüyüdən aqreqat quraşdırmışıq. Biçilən məhsul burada üyüdüldükdən sonra mallara verilir ki, bu da həm onun keyfiyyətini yüksəldir, həm də itkilərin qarşısını alır. Eyni zamanda qonşu təsərrüfatların sahibkarları da xidmətimizdən yararlana bilirlər.
Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. Ötən illərə nisbətən indi un dəyirmanlarının sayı xeyli çoxalıb. Ancaq etiraf edək ki, müasir dəyirmanlarda üyüdülən tamamilə kəpəksiz və müxtəlif əlavələr qatılmış undan bişirilən çörək səhhətimiz üçün o qədər də faydalı deyil. Daha ətraflı »Teqlər: İqtisadiyyat
-
29İynXəbərlər OMBUDSMAN TƏRTƏRDƏ İCTİMAİ DİNLƏMƏ KEÇİRDİ üçün şərhlər bağlıdır

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən Tərtər rayonunda ictimai dinləmə keçirilmişdir.
İlk olaraq Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə tər çiçəklər qoymuşlar.
Tərtər şəhər Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, qaçqın və məcburi köçkünlərin, KİV-lərin nümayəndələri, habelə çoxsaylı əhali qrupları, ağsaqqallar, qadınlar və gənclər iştirak etmişlər.
Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun açılış nitqi ilə başlanmışdır. O, Ombudsman Elmira Süleymanovanı salamlamış, Ombudsmanın yerli sakinlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarını, vəziyyətlərini daim diqqətdə saxladığını, tez-tez buraya, təmas xəttinə səfərlər etdiyini, əhali, əsgər və zabitlərlə görüşdüyünü yüksək dəyərləndirmiş, növbəti ictimai dinləmənin bu rayonda keçirilməsinə görə təşəkkürünü bildirmiş, insan hüquqlarının müdafiəsi və təbliği sahəsində burada həyata keçirilən tədbirlər haqqında danışmışdır. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29İynXəbərlər ŞƏHİD MEHRAC MAHMUDOVUN ADINI DAŞIYAN KÜÇƏNİN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adı verilmişdir.
Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimini Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov açmışdır. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açmışdır. Qeyd etmişdir ki, Mehrac Mahmudov 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Rayon rəhbəri Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29İynTərtər RİH-də DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Əvvəlcə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etmiş, onlara dövlətə və dövlətçiliyimizə sadiq olmağı tövsiyə etmişdir.
Göstərmişdir ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 262 dövlət qulluqçusu işləyir. Onlardan 34 nəfəri qadındır. 230 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. 220 nəfər inzibati, 28 nəfər isə yardımçı dövlət qulluğu vəzifələrində çalışır.
Rayon rəhbəri Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədovanın “Tərəqqi”, statistika idarəsinin rəisi Ədalət Məmmədovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu bildirmiş və onları bu münasibətlə təbrik etmişdir. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
29İynXəbərlər TƏRTƏRLİLƏR BU GÜNÜ QÜRURLA QEYD ETDİLƏR üçün şərhlər bağlıdır

Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyimizin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Belə bir vəziyyətdə hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş Günü kimi xalqımızın yaddaşında hər zaman əbədi yaşayacaqdır.
Sonra rayon prokuroru Azər Hətəmov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər şəhər 5 saylı tam orta məktəbinin tarix müəllimi Nigar Vəliyeva çıxış ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər


Yeni ismarıclar