Hüsənli kəndinin fermer və ailə fermer təsərrüfatlarının üzvləri ötən il taxıl sahələrinin hər hektarından 40 sentner, arpa sahələrindən isə 28 sentner məhsul götürdülər.
Fermerlər cari ilin məhsulu üçün ötən ilin payızında 276 hektar sahəyə buğda və 268 hektara arpa səpiblər. Keyfiyyətli suvarma aparıldığına görə sahələrdə normal bitiş alınıb.
Əkinçilər taxıl və arpa sahələrində ziyanvericilərə qarşı dərmanlama işləri aparıblar.
***
Ötən il Hüsənlidə 11 hektar sahədə pambıq əkilmişdi. Fermer Şirəli Qasımov pambıq əkini sahəsinin hər hektarından 38 sentner məhsul götürdü.
Bu sahənin kəndli üçün yaxşı qazanc yeri, gəlir mənbəyi olduğunu bilən fermerlər bu il pambıq sahələrini 150 hektara çatdırmağı qarşılarına məqsəd qoyublar.
Hazırda həmin sahələr arat olunur.
***
Kəndli üçün yaxşı qazanc gətirən sahələrdən biri də çuğundurçuluqdur. Ötən il fermerlər 75 hektarda şəkər çuğunduru becərdilər. Əkin, becərmə, suvarma işləri vaxtında aparıl-dığından fermerlər Fazil Bayramov, Firuz Rzayev və Vidadi Quliyev hər hektardan 70-80 ton məhsul götürdülər
Bu il isə ərazidə 90 hektarda çuğundur əkilməsi nəzərdə tutulub. Həmin sahələr vaxtında şumlanmışdır. İndi qış şumu olunmuş sahələr arata qoyulur.
Əvəz Nəsirov