Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi şəhər 2 saylı məktəb-liseydə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximizin qara səhifəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu, Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq üçün zaman-zaman mübarizə apardığını bildirdi.
Çıxışlar bitdikdən sonra inşa yazı müsabiqəsi başlanıldı. Müsabiqədə rayonun 42 ümum-təhsil məktəbindən 42 şagird iştirak etdi.
Müsabiqənin nəticələri yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra bəlli olacaq. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediləcəkdir.
“Yeni Tərtər”