QAYĞI VARSA, YAŞAMAĞA DƏYƏR
Xanoğlan kişi həyatında birinci dəfəydi ki, təyyarəyə minirdi. Qızı Könül əl çəkməmişdi. Demişdi ki, Astanaya gəlib bizim həyatımızla tanış ol, bu şəhərin görməli yerlərinə bax. Axı, bütün ömrün boyu başın işdən açılmayıb ki, görəsən dünyada nə var, nə yox. İndi əsl istirahət etmək vaxtıdır.
Xanoğlan kişi ürəyində qızı ilə razılaşırdı. Düşündü ki, Könül düz deyir. İllər uzunu müxtəlif sahələrdə bənna, rəngsaz, suvaqçı işləyəndə o, bax, belə günləri, övladlarının xoş güzəranını gözləri qarşısına gətirib, yorulmaq bilmirdi. Bağında ən nadir meyvələri əkib, barını gözləyən bağban kimi, uşaqlarının bəhrəsini görmək istəyirdi. Təyyarə Astana şəhərinin hava limanına çatmışdı. Hələ enməmişdən şəhərin gur işıqlarını görən ata ürəyində çox sevindi. Bax, bu işıqların arasında onun övladının da isti, xoşbəxt yuvasının işığı var.
Hava limanında onu bütün ailə qarşılayırdı: kürəkəni İlqar, qızı və üç nəvəsi–Rəşad, Arzu, Ruslan.
İlqar Rzayevin ailəsi Qazaxıstanda Azərbaycanı ləyaqətlə təmsil edən ailələrdəndir. İlqar müəllim özü vergi müfəttişidir, Rəşad Malaziyada ali məktəb bitirib və yaşadığı ölkənin Prezident Administrasiyasında çalışır. Arzu hüquqşünasdır. Sonbeşik Ruslan da bu ixtisası seçib. Hazırda universitetin hüquq fakültəsində təhsil alır.
Ailə üzvləri Qazaxıstanda Azərbaycan diasporu ilə sıx əlaqə saxlayırlar. Astanada qonaq olan azərbaycanlıları, xüsusən də mədəniyyətimizi təmsil edənləri evlərinə aparır, onları xalqımıza məxsus qonaqpərvərliklə qarşılayırlar. Aşıq Ədalət, Yusif Nəğməkar və başqaları dəfələrlə bu ocağın qonağı olublar.
Ata üçün övladının yaxşı gününü görməkdən böyük xoşbəxtlik nə ola bilər? Hava limanından qızının evinə gələnədək yolboyu Xanoğlan kişi bu barədə düşünür, xəyalən keçmişə qayıdır, uşaqlarını necə əziyyətlə böyütdüyünü xatırlayırdı. Daha ətraflı »


Bir əlində çanta, o birində jurnal tutmuş qadın dəhlizlə asta-asta addımlayır. Gözləri yerə zillənmiş bu qadın sanki addımlarını sayırdı, ya da izah edəcəyi fənni təkrarlayırdı. Xəyallar içində sinif otağının qapısına necə çatdığından xəbəri olmadı. Elə bil qapı öz-özünə açıldı və onu xəyaldan ayırdı. Sinif otağına daxil olaraq ayaq üstə dayanmış uşaqlara salam verdi və əlindəki çanta ilə jurnalı masanın üzərinə qoydu. Əyləşin,–deyərək hamını nəzərdən keçirdi. Elə bil bu nəzərlərlə ayırd etdi ki, şagirdlərin dərsə hazırlığı hansı vəziyyətdədir. So-ruşacağı dərs barədə sorğu-suala başladı.
Nəcməddin Savalanov İmişli rayonunun Göbəktala kəndində 1985-ci ilin 26 fevralında dünyaya gəlmişdi. O, üç qardaşın ortancılı idi. Uşaqlıqdan onu qardaşlarından fərqləndirən bir cəhət varıydı, o da hərbçi olmaq arzusu idi. Bu arzu ilə yaşamağının səbəbi isə 2 əmisinin hərbçi olması idi…O, əmisinin əsgər papağını başına qoyub, güzgüyə baxıb deyirdi: “ Mən də əmim kimi komandir olacam”.
Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur.
Birinci Dünya müharibəsi (1914-1918) 15 milyon insanın həyatına son qoydu. Müharibənin bütün dəhşətlərini görmüş Avropa xalqları birgə bəyanat qəbul etdilər: “Müharibə olmasın!” Birinci Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal sülh konfransında (1914) sülhü müdafiə etmək naminə beynəlxalq birliyin yaradılması ideyası irəli sürüldü. Bu ideyanın müəllifi ABŞ prezidenti Vudro Vilson idi. Bu təklif konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı və Millətlər Cəmiyyəti adlanan beynəlxalq təşkilat yaradıldı. Bu təşkilat elə yarandığı ilk gündən çətinliklərlə qarşılaşdı. ABŞ Senatı Vilsonun Millətlər Cəmiyyətinə daxil olmaq barədə təklifini rədd etdi. SSRİ yalnız 1933-cü ildə bu təşkilata daxil oldu, lakin tezliklə – 1939-cu ildə Finlandiya ilə müharibədə təqsirləndirilərək oradan qovuldu. 1939-cu ildə Almaniya Çexoslovakiya və Polşaya soxuldu. Bununla da İkinci Dünya müharibəsi başlandı. Bu, Millətlər Cəmiyyətinin dağılması demək idi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə “Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda ikigünlük seminar keçirib.
Azərbaycan Silahlı Qüvvələrində Prezident İlham Əliyevin ölkə vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamının icrasına başlanılıb.
Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Xoruzlu kəndi də əlavə olunub. 309 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 650 metr polietilen və ümumi uzunluğu 18 min 626 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi meydana gələrək, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xoruzlu kəndində keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Yeni ismarıclar