Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-138Tərtər şəhərinin Mərkəzi Meydanında Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Minlərlə rayon sakini Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-122Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoydular. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar və foto-stentlərlə tanış oldular. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın xilaskarı Heydər Əliyevin vəfatından on üç il keçir. Ulu Öndərimizin, əbədiyaşar Prezdentimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.
    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-136%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-146Rayon rəhbəri qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 34 illik bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir. “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının uğurlu yekunudur ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.
    Ulu Öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünyanın və regionun inkişaf etmiş dövlətinə çevrilib. Artıq Azərbaycan regionun iqtisadi və siyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir.
    Bu gün Respublika Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır.
    Tədbirin sonunda Umummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
    Sonra Ulu Öndərin anım günü münasibəti ilə ehsan verildi.

    Müəllif: Redaktor, 10:13

    Teqlər: ,

İsmarıclar bağlıdır.