Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi;
Sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı.İndiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt oldu. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır;
Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik.Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq;
– İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır.
Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər.
Yerli və xarici investisiyalar üçün də bu əla fürsətdir. Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər;
Bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var.Neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb. Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Beləliklə, hətta biz müqavilə parametrlərinin bəziləri ilə 100 faiz qane olmasaq belə, bu məsuliyyətin üstün tutulmalı olduğunu düşünürük. Hesab edirəm ki, xüsusilə bugünkü dünyada vacib amillərdən biri təhlükəsizlikdir. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Kriminogen vəziyyət tamamilə nəzarət altındadır.
Eyni zamanda, yaxşı iqlimi də qeyd etməliyəm. Nisbətən kiçik ölkədə doqquz iqlim qurşağının olması, yaxşı mətbəxi, qonaqpərvər insanları və bu gün keçirilən Formula 1 yarışı, ənənəvi UFC turnirləri və bir çox digər tədbirlər kimi mühüm hadisələr. Beləliklə, mən bir çox üstünlüklər haqqında danışa bilərəm, lakin çox millətçi görünmək istəmirəm.
Düşünürəm ki, auditoriyada əyləşənlərin, – əgər bunu hələ də etməyiblərsə, – gəzmək və Azərbaycanı daha da kəşf etmək üçün vaxtı olacaq. Hesab edirəm ki, bu və bir çox digər amillər insan kapitalına, infrastruktura, süni intellektə, iqtisadiyyatın digər sektorlarına yatırılacaq daha çox investisiyalara gətirib çıxaracaq və bu kimi tədbirlərin əhəmiyyəti də ölkə daxilində təqdimatını keçirməkdir. Çünki siz xaricə getsəniz və xaricdə bəzi təqdimatlar etsəniz, oradakı auditoriya nisbətən məhdud olacaq və siz sadəcə gəlib ölkəniz haqqında yaxşı sözlər söyləmiş olacaqsınız. Lakin bu tədbiri Azərbaycanda keçirən zaman hər kəs özü üçün qərar verə bilər. Düşünürəm və ümid edirəm ki, bu qərarların əksəriyyəti müsbət olacaq;
– Prezident Trampın sayəsində bu gün qazıntı yanacağına qarşı əsas Avro-Atlantik trendi dəyişib.Qazla bağlı biz bu gün yenə də Abşeron yatağının işlənilməsinin ikinci mərhələsi üzrə “Total” şirkəti ilə müqavilə imzalayacağıq. Bu da Azərbaycanda qaz hasilatını üç-dörd il müddətində əlavə 5 milyard kubmetr artıracaqdır. Builki Bakı Enerji Həftəsində digər müqavilələr də imzalanmışdır. Odur ki, neft və qaz hələ də ən cəlbedici investisiya sahələrindən biri kimi investisiyaların həcmi nöqteyi-nəzərindən ən böyük seqment olacaqdır. Bu, uzun müddət belə olacaq;
– Digər potensial imkan isə elektrik enerjisi ilə bağlıdır. Burada regiondan daha geniş coğrafiyanı nəzərdə tuturam. Çünki bu coğrafiyada əlavə enerji gücünə malik ölkələrin sayı kifayət qədər məhduddur. Bir çoxları enerji qıtlığı ilə üzləşir. Bir çoxları enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan alırlar. Bu üstünlük, əlbəttə ki, rəqəmsal inkişaf, data mərkəzləri, süni intellektin inkişafı üçün istifadə oluna bilər və biz artıq dünyanın aparıcı şirkətləri ilə danışıqların aktiv mərhələsindəyik. Beləliklə, bunu nömrə iki adlandırardım;
– Ölkəmizin 96 faizi qazlaşdırılıb. Ölkə 100 faiz elektrik enerjisi, genişzolaqlı internetlə əhatə olunub və biz ixrac edirik. Dəmir yolları ilə bağlı işlər demək olar ki, tamamlanıb. Hava limanları – bizim doqquz beynəlxalq hava limanımız var. Dəniz limanı genişləndirilir.Beləliklə, daxili infrastruktura gəldikdə, bizdə vəziyyət yaxşıdır. Fikrimcə, maraq yarada biləcək sahə çoxmilli maraqlara xidmət edən infrastruktur ola bilər. Burada, ilk növbədə, nəqliyyat, logistika, fiziki və rəqəmsal infrastruktur məsələləri ön plana çıxır. Biz çoxlu sayda körpü, yanalma qurğuları və gəmilər inşa edə bilərik. Lakin rəqəmsallaşma və gömrük inzibatçılığı sahələrində mövcud müasir tendensiyaları lazımi səviyyədə nəzərə almasaq, yüklərin idarə olunması prosesini daha asan və sürətli etməsək, rəqabətdə uduzacağıq. Beləliklə bu, bir sahədir;
– İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin edirdi. Bu olmasaydı, İkinci Dünya müharibəsinin nəticəsi tamamilə fərqli ola bilərdi. Nasist ordusu nə üçün Qafqaz dağlarına qalxmaq istəyirdi, nə üçün? Sadəcə təlim xatirinəmi? Xeyr. Onlar Bakıya Bakı neftini ələ keçirmək üçün gəlirdilər. Əgər buna nail olsaydılar, sovet ordusunun yanacaq təchizatı tamamilə kəsiləcəkdi və bu, çox ağır nəticələrlə müharibənin taleyini dəyişə bilərdi;
– İşğal 30 il davam etdi və biz torpaqlarımızı güc yolu ilə azad etdik.
Bütün bunlar bizdən alındı. Bəs, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə nə əldə etmişdik? Tənəzzülə uğramış neft sənayesi, sıfra yaxın qaz hasilatı. Qazı xaricdən alırdıq, enerji qıtlığı var idi, vətəndaş müharibəsi gedirdi, Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı ilə üzləşmişdik. Bu işğal 30 il davam etdi və biz torpaqlarımızı güc yolu ilə azad etdik. Azərbaycan tamamilə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Beləliklə, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə ölkə tamamilə iflasa uğramağın astanasında idi. Lakin ayağa qalxmağı bacardıq və bu gün möhkəm dayanmışıq.
Düşünürəm ki, ölkənin, ən azı XX əsr tarixinin özü kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil yaşaya, ləyaqətlə yaşaya, müharibələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər. Onlar ərazi bütövlüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də XX əsrin böyük bir hissəsinin tarixində yeganə belə haldır. Onlar milli maraqlara qətiyyətlə sadiqdirlər. Onlar dünyaya açıqdırlar.
Azərbaycanda çoxsaylı əcnəbi mütəxəssislər yaşayır və çalışırlar. Düşünürəm ki, bunu kitabdan və ya məqalədən oxumaqla dərk etmək mümkün deyil. Bunu yalnız ölkəyə gəlib müəyyən müddət burada qalmaqla hiss etmək olar. Buna görə də arzu edirəm ki, qonaqlarımız Bakıda bir müddət qalsınlar və bəlkə də yenidən gəlsinlər. Əlbəttə, onların geri qayıtmasını, bizimlə əməkdaşlıq etməsini və yeni inkişaf yolumuzda bizimlə birgə addımlamalarını istərdik.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər:

