ÜMİDLƏR DOĞRULACAQ
Pambıqçılıq çətin və məsuliyyətli bir sahə olsa da, Tərtər rayonunda təsərrüfatın bu qoluna maraq çoxdur. Ona görə ki, illərin təcrübəsi var: insan bütün çətinliklərə sinə gəlib zəhmətinin əvəzini görəndə, gəliri yaxşı olanda, evinə yaxşı qazanc, ruzi-bərəkət aparanda heç bir çətinlik gözünə görünmür.
Elə bu il də tərtərlilər ümumilikdə Ağdərə rayonu ilə birlikdə 2436.53 hektar ərazidə pambıq əkiblər. İstehsalçılar müqavilələri MKT İK MMC-nin Tərtər filialı, “Azərpambıq” ASK MMC-nin Pambıq istehsalı və tədarükü məntəqəsi və “Elakoton” MMC ilə bağlayıblar. Rayon üzrə ən çox müqavilə MKT ilə bağlanıb. 364 nəfər bu MMC-yə daha çox güvənib.
Vaxt yetişdikcə pambıq əkən fermerlərin həyəcanı da artır. Bunun səbəbləri var. Cari təsərrüfat ili pambıqçılar üçün heç də əlverişli olmayıb. Xüsusən səpin mərhələsində yağan yağışlar bitişlərin alınmasını gecikdirib və hətta bəzi fermerlər təkrar əkin aparıblar. Ancaq, necə deyərlər, bunların hamısı arxada qalıb. Hazırda yamyaşıl pambıq tarlalarında son becərmə işləri görülür.
Tərtərin Poladlı kəndinin sakini İntiqam Əzimov ixtisasca aqronomdur. 7-8 ildir pambıq əkini ilə məşğuldur. Həm nəzəri bilikləri, həm də kifayər qədər təcrübəsi var. Ona görə də özünün dediyi kimi, hər il bu sahə ailə büdcəsinə xeyli gəlir gətirir:
– Cari ildə çiyid səpinindən sonra sahələri suvardıq. Ardınca başlayan yağışlar isə vəziyyəti çətinləşdirdi. Bitiş gec alındı. Sahələrdə alağın həddən çox olduğuna görə pambıq bitkisini görmək mümkün deyildi. 3 dəfə əllə kətmənləmə apardıq. Bununla yanaşı, kultivasiya, sovkaya, müxtəlif xəstəliklərə qarşı aparılan tədbirlər də vaxtlı-vaxtında görüldü. Şükür Allaha, çətinliklər arxada qalıb. Düzdür, arxayınlaşmamışıq, ancaq artıq demək olar ki, zəhmətimiz bəhrə verəcək. Daha ətraflı »



Emil 44 günlük Vətən müharibəsi veteranı Elşən Əhmədovun övladıdır. Bir oğul kimi atasının və hər bir Azərbaycan əsgərinin, zabitinin keçdiyi şərəfli döyüş yolu ilə fəxr etdiyini söyləyir.
Son zamanlar biz anaların uşaqlarda ən çox narahat olduğumuz, şikayətləndiyimiz vəziyyətlərindən biri də bir anda onların dəyişməsi, aqressiv olması, nəyisə töküb dağıtmaları, qırmalarıdır. Bəzən anlaya bilmirik ki, nə baş verir? Bu zaman nə etməliyik və ya buna səbəb nə olur? Axı, hər şeyin bir səbəbi olur. Uşaqlarda aqressiyanı yaradan səbəb nədir?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhər və rayonlarımızda quruculuq və bərpa işlərinin aparılmasına dair tapışırıq və müvafiq göstərişlərinə əsasən Tərtər rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla aparılır.
Qəbiristanlıq hamının üz tutduğu bir məkandır. Ora aparan yol rahat olanda, insanlar da məmnun qalırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər-Suqovuşan avtomobil yolunun ətrafında təmizlik aksiyası keçirilib.
Prezident İlham Əliyev cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı edib.
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” – Ulu Öndər Heydər Əliyev

İllər ötür, I və II Qarabağ müharibələri bizdən uzaqlaşır. Ancaq döyüşlərdə qəhrəmanlıq göstərərək, canı-qanı bahasına xalqımıza xoş günlər bəxş edən insanlar və onların ailə üzvləri heç zaman yaddan çıxmır.
Yeni ismarıclar