Gələcəyini parlaq gördüyüm, gələcəkdə cəmiyyətimizdə büyük uğurlar əldə edəcəyinə inandığım Aygün Bayramlı Aslan Kərimov adına şəhər 3 saylı orta məktəbin 3- cü sinfində təhsil alır. Bu balaca qız yaşına görə böyük uğurlar əldə edib. Beynəlxalq olimpiadalardan biri olan Future İntellegence Students Olympıad (FİSO) məntiq olimpiadasına ilk dəfə qatılsa da, respublika turunda bürünc medala layiq görülərək, 13-17 iyun tarixlərində Dubayda keçiriləcək final turuna vəsiqə qazanıb. Bundan başqa, KİNG Beynəlxalq Olimpiadasının KİNG LİQASINDA iştirak edərək, ingilis dili və Riyaziyyat fənləri üzrə 2 qızıl medal və dərəcə sertifikatı əldə edib.
Aygün böyüyəndə həkimlik peşəsinə yiyələnərək, cərrah olmaq arzusundadır. Əminəm ki, o, bu arzusuna çatacaq və cərrah olaraq xalqımıza xidmət edəcək, gələcəyimizin parlaq gənclərindən biri olcaq.
Əsmər Yusifli