Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Fev

    2025-ci ilin gəlişi bizim üçün düşərli oldu. Belə ki, yeni ilin elə ilk günlərindən şəhərimizin küçələrinin asfaltlanması işlərinə başlanıldı.
    Bu iş ilk olaraq bizim yaşadığımız Üzeyir Hacıbəyli küçəsində aparıldı. Bundan sonra Vüqar Həsənov, Füzuli Rüstəmov və Mehman Dadaşov küçələrinə asfalt örtük salındı. Şəhərimizin küçələrinin abadlaşdırılması işləri sürətlə davam etdirilir. Bu günlərdə Səməd Vurğun, Aysənan Abbasov, Məftun Abbaszadə küçələrinin sakinləri də sevinmişlər. Hər bir küçədə əvvəlcə yolun yatağı qum-çınqıl tökülərək xüsusi texnikalar vasitəsi ilə hamarlanıb, daha sonra asfalt örtüyü çəkilib. Əlavə olaraq işıq, qaz, su və telekommunikasiya xətləri də qaydaya salınıb.
    Görülən işlər nəticəsində piyadalırın və avtomaşınların gediş-gəlişi rahat olub, həm də şəhərin gözəlliyi artıb.
    Elman Səfərov küçəsində isə şəhid və qazi ailələri üçün inşa edilmiş yaşayış binalarının həyətində abadlıq işləri həyata keçirilib, söhbətgah quraşdırılıb, yeni asfalt örtüyü salınıb, yaşıllıqlar səliqəyə salınıb.
    Bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk!

    Emin Əmiraslanlı,
    şəhərin Üzeyir Hacıbəyli
    küçəsinin sakini

    Müəllif: Redaktor, 10:41

İsmarıclar bağlıdır.