|
“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” |
Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. |
TƏRTƏRLİLƏR ZƏFƏR GÜNÜNÜ QÜRUR HİSSİ İLƏ QEYD EDİRLƏR

Müasir tariximizin ən şərəfli bayramlarından olan 8 noyabr– Zəfər Gününü bu il ikiqat qürur hissi ilə qeyd edirik. Bayramlarımızın sırasına daha biri – milli sərvətimiz olan Dövlət Suverenliyi Günü əlavə olunub.
Artıq biz xalq olaraq işğal tariximizin kədərini deyil, düşmən tapdağından azad edilmiş və Azərbaycan bayrağı dalğalanan şəhər günlərinin təntənəsini yaşayırıq. Təqvimlərimizdəki qara tarixlər qırmızı rəngə boyanıb. Elə həyatımız özü də bu istiqamətdə dəyişib.
Uzun illər– iki əsr ərzində millətimizə qarşı edilən zülmlərə, haqsızlığa, ədalətsizliklərə, iztirablara son qoyulub. Bu azadlıq yolunda canlarından keçən şəhidlərimizin ruhları da indi şaddır. Əbədiyyətə qovuşan o ruhlar bütöv, suveren vətənin səmasından Qarabağ və Şərqi Zəngəzur torpağının yüksəlişini seyr edir, onların qanı ilə yoğrulmuş bu yerlərin necə sürətlə dəyişməsini, doğma yurd yerlərinə qayıdan insanların sevincini görüb rahatlıq tapır.
Bu gün Azərbaycan başdan-başa bayram libasını geyinib. Hər yerdə qürurumuz, namusumuz olan Azərbaycan bay-rağı dalğalanır. O bayraq ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu doğma Şuşamızda, Xankəndidə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qarabağın və Şərqi Zəngəzurun düşməndən azad edilmiş hər bir şəhərində dalğalandırdı.
44 günlük Vətən müharibə-sində Ali Baş Komandanın hər bir kəndin, şəhərin azad edilməsi haqqında verdiyi məlumatları həyatımızda eşitdiyimiz ən gözəl sözlər kimi qəbul edirdik. Azərbaycan xalqı bütün tarixi boyu heç zaman belə birlik və güc nümayiş etdirməmişdi. Milyonların ürəyi Prezidentimizlə, Ordumuzla bir döyünürdü. Bir gözümüz ağlayır, bir gözümüz sevinirdi. Bir tərəfdən şəhidlərimizi qarşılayır, dəfn edir, bir tərəfdən isə bu qəhrəman oğulların sayəsində azadlığına qovuşan torpaqlarımızın sevincini yaşayırdıq.



44 günlük Vətən müharibəsi və bundan sonrakı lokal antiterror əməliyyatı Tərtərin və tərtərlilərin də həyatını tamamilə dəyişdi. 30 illik gərginliyə, erməni terroruna, dinc insanlara qarşı törədilən cinayətlərə birdəfəlik son qoyuldu. Biz düşmənlə üzbəüz mərdliklə dayandıq, mübarizə apardıq və qalib olduq!
Müharibə dövründə Tərtər ən çox düşmən hücumuna məruz qalan rayonlardan biri idi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında deyib: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində düşmənlə üz-üzə dayanıblar və atılan, evlərinə düşən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.” Daha ətraflı »


Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn edilib.
8 Noyabr – Zəfər Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hacallı kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Sarıyev İntiqam İlham oğlunun ailəsini ziyarət edib, onun səhhəti, qayğıları ilə maraqlanıb və yeni tikdirdiyi fərdi yaşayış evinə baxış keçirərək, xeyir-dua verib.

Sentyabrın 20-də xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycanın Suverenliyi Gününü qeyd etdi. İndi isə Zəfər tariximizi bayram edirik.
Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da rayonumuzun Qaynaq kəndində doğulmuşdu. Ailədə iki qardaş idilər. Böyüyü Babək, kiçiyi isə Cahangir idi.
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Yazıçı-publisist, şair, folklorçu, “Aşıq Pəri” məclisinin və “Tərtərin səsi” ədəbi birliyinin üzvü olmuş, təcrübəli pedaqoq Nübar Mədətli. Bəli, mənim nənəmdir haqqında danışacağım Tərtər şairəsi. O şairə ki, ömrünün yarıdan çoxunu təhsilə, elmə, yazarlığa o, cümlədən Qarabağ mövzusunda yazılara həsr edib.
Tərtər-Hindarx avtomobil yolunun 5-ci kilometrində, Ələsgərli və Düyərli kəndlərinin yolayrıcında işıqfor olmadığına görə, vətəndaşlar piyada zolağı ilə yolu təhlükəsiz keçə bilmir və burada tez-tez avtomobil qəzaları baş verirdi.

Azərbaycanın dünyanın müxtəlif yerlərindən qonaq gözlədiyi bu günlər hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Vəzifə isə aydındır – “yaşıl dünya” naminə birləşmək, ekologiyamızı saflaşdırmaq.
Bu sitrus meyvəsi soyuq-dəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mik-robları öldürür.
Yeni ismarıclar