Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Fev
    Ədəbiyyat BİR AZDAN QALA üçün şərhlər bağlıdır
    Qələmim, söndürmə söz ocağını,
    Bir az axşam qala, bir az dan qala.
    Lüzum yox bəhsinə çox yazanların,
    Beş çoxdan qalanda, bir azdan qala.
    Rəva görmə yersiz qovğanı kəsə,
    Düşən gərək sova qovğanı kəsə,
    Aqil yeridir ki, qovğanı kəsə,
    Kəsməsə çəkəcək bir azdan qala.
    Talıb, yaz, qalmasın söz dumanında,
    Əsiri olmasın söz dumanın da.
    Bir kiçik qalasan söz dumanında,
    Paylaş ki, görünsün bir azdan “Qala”.
  • 20Fev
    Ədəbiyyat YADA DAŞ üçün şərhlər bağlıdır
    Dilim, dinsən şirinlik qat sözünə,
    Acı sözü ox sanarlar, ya da daş.
    Hədəfə at, atar olsan “söz daşı”
    Toxunmasın bir yaxına, yada daş.
    Kənkan demə hər quyunu qazana,
    Uyma ucuz şöhrət dolu qazana.
    Ad qazanan gərək eldən qazana–
    Ya “Dədə”di, ya “Ustad”dı, ya “Dadaş”.
     

    Təb bulaqdı, “vergi” olmaz arxasız,
    Qoyma bata, misra-misra arxa sız.
    Sızqa da bir qənimətdi arxa, sız,
    Demirəm ki, çaytək çağla, ya da daş.

     

    Seyrana çıx təbiətin yazında,
    Bahardan yaz, ətir saçsın yazın da,
    Daş mövzusu vardı axı yazında,
    Talıb, yenə hardan düşdü yada, daş?!

  • 16Fev
    Digər Yeni dövr uğurla başlayır və uğurla da davam edəcək üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimi keçirilib.

    Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içib.

    Sonra Prezident əlini müqəddəs “Qurani-Şərif”ə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.

    Bildirilib ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.

    Qeyd olunub ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

    Prezident İlham Əliyev deyib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Daha ətraflı »

  • 12Fev
    Digər Tərtərlilər növbəti uğurlara, sosial-iqtisadi inkişafa, sülhə və əmin-amanlığa səs verdilər üçün şərhlər bağlıdır

    UĞUR OLSUN, CƏNAB PREZİDENT!

    Ölkəmizdə Zəfər seçkiləri başa çatdı. Xalqımız növbəti dəfə birlik nümayiş etdirdi. Azərbaycanın gələcəyini düşünən insanlar öz səslərini Qalib Liderə – İlham Əliyevə verdilər.
    Dünya Azərbaycanın növbəti tarixi Qələbəsinin şahidi oldu. Seçkiləri izləyən xarici müşahidəçilər, media nümayəndələri ölkə üzrə bütün seçki məntəqələrində işlərin yüksək səviyyədə qurulduğunu, hər kəsin öz seçki hüququndan sərbəst istifadə etməsi üçün bütün lazımi şəraitin yaradıldığını qeyd etdilər.
    Biz cənab İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndi şəhərində səs verdiyini qürurla izlədik. Məhz Xankəndidə! O şəhərdə ki, buradan qondarma respublikanın indi Azərbaycanın təcridxanalarında saxlanılan qondarma “rəhbərləri” sayaqlamalara bənzər çıxışları ilə beyinləri zəhərləyirdilər. “Dəmir yumruq” bunların hamısına birdəfəlik son qoydu. Düşmənin boş xülyaları tikdikləri keçilməz sədlər kimi darmadağın edildi. Torpaqlarımız öz sahiblərinə qayıtdı. Bizim hər birimiz xoşbəxtik ki, fevralın 7-də Azərbaycanın bütöv ərazisində keçirilən tarixi seçkilərin gedişini izləyə bildik. İzlədik və Xankəndidə, Füzulidə, Laçında, Xocalıda, işğaldan azad edilmiş digər şəhərlərdə insanların necə sevinclə, fərəhlə səs verdiklərinin şahidi olduq. Əlbəttə ki, bu mənzərəni seyr edərkən Müzəffər Ali Baş Komandan və onun ətrafında birləşən Azərbaycanın igid, vətənpərvər oğulları yada düşür. O oğullar ki, şirin canlarından keçdilər, ancaq bizə bu günlərin fərəhini, qürurunu yaşatdılar. İndi onların cənnətdəki ruhları azad Qarabağımızın üzərində rahat dolaşır, çünki düşmənin bütün pisliklərinə son qoyulub. İllərlə sərvətlərimiz istismar edilən torpaqlar tezliklə öz sahiblərinə qucaq açacaq. “Böyük Qayıdış” artıq başlayıb və uğurla, sürətlə davam etdirilir. Viran qoyulmuş kəndlər, şəhərlər göz önündə dəyişir. Daha ətraflı »

  • 12Fev
    Xəbərlər Rayonumuzda prezident seçkiləri böyük seçici fəallığı ilə başa çatıb üçün şərhlər bağlıdır

    Tərtərli seçicilər öz namizədlərinə səs vermək üçün səhər saatlarından etirabən Dairə Seçki Komissiyasının məntəqələrinə axışıblar. Məntəqələrin qarşısında böyük insan izdihamı müşahidə edilirdi. Seçicilər arasında şəhid ailələri, qazilər, gənclər də aktivlik nümayiş etdiriblər. Hər kəs öz layiqli namizədini seçmək üçün məntəqələrə gəlməyi vacib hesab edib.
    Tərtərdə seçkləri müşahidə edən həm beynəlxalq, həm də müxtəlif partiyalardan olan müşahidəçilər seçkinin azad, demokratik prinsiplərə uyğun keçdiyini, hər hansı neqativ hallarla rastlaşmadıqlarını bildiriblər.
    Qeyd edək ki, 7 fevral 2024-ci il Prezident seçkiləri sıradan bir seçki deyildi. Qələbəmizin, qürur seçkisinin keçirildiyi bir gün idi. Seçki prosesi yekunlaşdıqdan sonra, Tərtər sakinləri bayraqlarla abtomobil yürüşü keçirərək, öz sevinclərini bölüşüblər.

     

  • 12Fev
    Digər Tərtərlilər dövlətə və dövlətçiliyə sadiqlik nümayiş etdirdilər üçün şərhlər bağlıdır

    2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, xalqımızın sevimli və əvəzolunmaz Lideri, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənabları bir daha inamlı qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyev cənablarına səs verərək onu növbəti dəfə 7 il müddətinə Azərbaycana Prezident seçdi. Tarixə Zəfər seçkisi kimi düşən budəfəki prezident seçkisində yüksək seçici fəallığı nümayiş olundu. Belə ki, respublika üzrə 5 milyona yaxın seçici seçki hüququndan istifadə edərək seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər. Bu seçki digərlərindən bir daha ona görə fərqlənir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ərazi bütövlüyü təmin olunmuş dövlət olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçirilmişdir. Bu seçkilərin keçirilməsi böyük tarixi hadisədir. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə – şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi. Daha ətraflı »

  • 12Fev
    Digər Yaşı 100-dən çox olan seçicilərin evlərinə daşınan seçki qutuları aparılıb üçün şərhlər bağlıdır

    Növbədənkənar prezident seçkiləri respublikanın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da seçicilərin fəallığı ilə müşahidə olunub. Seçki məntəqələrinə gələ bilməyən yaşlı, fiziki məhdudiyyətli seçicilərin səsvermədə iştirakı üçün daşınan seçki qutuları ünvanlara aparılıb.
    Rayonun Mamırlı kənd sakini 112 yaşlı Süleymanova Zəhra Hətəm qızı, Hacıqərvənd kənd sakini 102 yaşlı Xəlilov İbrahim Heydar oğlu, Ağdərə rayonunun Umudlu kənd sakini 100 yaşlı Abbasquluyeva Ətlas Salah qızı və Kəngərli kənd sakini 100 yaşlı Almuradova Fatma Abbas qızı yaşadığı ünvanda səsvermə hüququndan istifadə ediblər.
    Yaşlı insanlar seçki hüquqlarından istifadə etdiklərindən məmnun qaldıqlarını bildiriblər.

     

  • 12Fev
    Xəbərlər Rayon rəhbəri şəhid atası Vaqif Əliyevi xəstəxanada ziyarət edib üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz ənənəsinə sadiq qalaraq rayon prokuroru Əli Qurbanovla birlikdə Gəncə Beynəlxalq Xəstəxanasında açıq ürək əməliyyatı keçirən Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif müəllimi ziyarət edib.
    Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Ağdərə rayonunun Göyarx kəndinə köçmüşdür. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür.
    Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri Anar Vaqif oğlu Əliyev 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunması əməliyyatında yaxından iştirak etmiş və fərqlənmişdir.
    Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə şəhid olmuşdur. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır. Daha ətraflı »

  • 12Fev
    Xəbərlər Qəhrəman ana evində səs verib üçün şərhlər bağlıdır

    Seçki günü məntəqələrə gələ bilməyən yaşlı insanların da bu kampaniyada iştirakını təmin etmək üçün tədbirlər görülüb.
    Belə sakinlərdən biri Umudlu kəndindən olan 100 yaşlı şəhid anası Ətlaz Abbasquliyevadır. Ətlaz nənə Qəhrəman anadır. Həm çoxuşaqlı ana kimi, həm də vətənpərvər, elinə gərəkli, savadlı övladlar böyütdüyünə görə o, əsl qəhrəmanlıq nümunəsidir.
    Hazırda nənənin 27 nəvəsi, 50 nəticəsi və 14 kötücəsi var.
    Ətlaz nənə də seçkilər gününü səbirsizliklə gözləyirdi. Həmin gün 11 saylı seçki məntəqəsindən qutu onun yaşadığı evə gətirilib. Ətlaz nənə övladlarının, nəvə-nəticələrinin, kötücələrinin firavan həyatına, Böyük Qayıdışa səs verib.
    Ətlaz Abbasquliyeva 7 yanvar 1924-cü ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. On uşaq böyüdüb boya-başa çatdırıb.
    Övladlarından biri – Məmməd Abbasov 1991-ci il may ayının 26-da Umudlu kəndinin müdafiəsi zamanı şəhid olub. Oğlanlarından digər üç nəfəri də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Onlardan biri gedən döyüşlər zamanı gül-lə yarası alıb. 9 aprel 2009-cu ildə qızı Solmaz Abbasova vəfat edib. Qalan övladları hal-hazırda yaşayırlar.
    Ətlaz nənə uzun illər sovxoz ərazisində təsərrüfat işlərində çalışıb, bir çox medallarla təltif olunub. Kənd Sovetinin deputatı seçilib. Övladlarının hər biri ali və orta ixtisas təhsili alıb. Daha ətraflı »

  • 12Fev
    Kənd Təsərufatı Seçkilər inam və sədaqətin nümayişinə çevrildi üçün şərhlər bağlıdır

    Növbədənkənar Prezident seçkiləri bir daha tərtərlilərin dövlətimizə, Prezident İlham Əliyevə inam və sədaqətinin nümayişinə çevrildi. 44 günlük Vətən müharibəsində olduğu kimi, seçki günü də rayonumuzun sakinləri yumruq kimi birləşərək, bizə Qalibiyyəti, övladlarımıza sakit səma altında böyüməyi bəxş edən insana səs verdilər.
    Mən və ailə üzvlərim 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 1 saylı seçki məntəqəsində səs verdik. Burada əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Qəhrəman tərtərlilər bu günü çox gözləmişdilər.
    Müstəqillik əldə edildikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində seçkilər keçirildi. Vaxtilə ermənilərin keçilməz sədd yaratdıqları və oradan daim, hətta atəşkəs dövründə də şəhərimizi, kəndlərimizi atəşə tutduqları Ağdərədə, Suqovuşanda indi insanlar sərbəst şəkildə ən layiqli namizədə səs verdilər.
    Bəli, biz o günləri yaxşı xatırlayırıq. Tərtərin və ətraf rayonların əkin suyuna necə ehtiyac olduğu günlər də yadımızdan çıxmayıb. İndi Sərsəng Su Anbarı da, Suqovuşan Su Anbarı da bizimdir və buradan kanallar vasitəsilə gələn sular torpaqlarımıza yeni həyat bəxş edib.
    Artıq torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz isə bərpa olunub. Milyonların bu arzusunu gerçəkləşdirən isə hər bir vədinin arxasında əməli işi dayanan Qalib xalqın Qalib lideri – İlham Əliyevdir.
    Feralın 7-də tərtərlilər ona səs verərkən ölkəmizin firavan gələcəyinə, Qarabağımızın dirçəlişinə, sülhə və əmin-amanlığa səs verdilər.
    Əminik ki, növbəti illərdə dövlətimizin başçısı xalqa verdiyi hər bir sözü layiqincə yerinə yetirəcək, onun rəhbərliyi altında Azərbaycan daha böyük uğurlara imza atacaq və günəş kimi dünyaya parlayacaqdır.

    Anar ƏLİYEV,
    Aslan Hüseynov
    küçəsinin sakini, fermer