Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,725
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyn
    Ədəbiyyat SƏNSİZ üçün şərhlər bağlıdır
    Yenə sənsiz, yenə tənha qalmışam,
    Yenə darıxmışam bu gecə sənsiz.
    Yenə də ürəyim köksümə sığmır,
    Elə bil çıxacaq indicə sənsiz,
    Yaman darıxmışam bu gecə sənsiz.
    Həsrətin boyayıb saçlarımı ağ,
    Gəl məni saldığın bu hallara bax.
    Çəkilib xəlvətə gözlərdən uzaq,
    Ağlaram gizlicə-gizlicə sənsiz.
    Yaman darıxmışam bu gecə sənsiz.
    Çox olub yandığım anıb eşqimi,
    Hələ olmamışdım bu axşam kimi.
    Həsrətlin Asifəm, yanıb şam kimi
    Əriyib, axmışam bu gecə sənsiz,
    Gülüm, darıxmışam bu gecə sənsiz.
  • 28İyn
    Ədəbiyyat Təbrizli aşıq Bulud Dehgana üçün şərhlər bağlıdır
    Bulud Dehgan, səsin Vətən səsidir,
    O səsin dəminə, zilinə qurban.
    Qorqud yadigarı sədəfli sazın,
    Mizrabına qurban, telinə qurban.
    Oyat qəflətləri, yatmağa qoyma.
    Dilinə özgə dil qatmağa qoyma.
    Sən Allah, itməyə, batmağa qoyma,
    O şirin ləhçəli dilinə qurban.

     

    Görəydik sonunu kaş bu hicranın,
    Asif nəzir deyib bu yolda canın.
    O taylı, bu taylı Azərbaycanın,
    Hər bir obasına, elinə qurban.
    Güneyli, Quzeyli Azərbaycanın
    Hər bir obasına, elinə qurban.
  • 28İyn
    Ədəbiyyat TƏRTƏRİM üçün şərhlər bağlıdır
    Murov dağın ətəyindən boylanan,
    Sən bir cənnət bucağısan, Tərtərim.
    Vətənimiz qədim odlar yurdunun,
    Sönməz odu, ocağısan, Tərtərim.
    Bürünmüsən yaşıla sən, ala sən,
    Görüm səni daim abad olasan.
    Sən yenilməz, bir alınmaz qalasan,
    Düşmənlərə göz dağısan, Tərtərim.
    Asif deyər sən dahilər yurdusan,
    Qəhrəmanlar, fədailər yurdusan,
    Cavanşirlər, Xətailər yurdusan,
    Azərbaycan torpağısan, Tərtərim.
     

    Əsrlərin yaşıdısan, ulusan,
    Hər tarixi şanlı hünər dolusan,
    Qarabağa gedən Zəfər yolusan,
    Xoş günlərin sorağısan, Tərtərim.

     

    Sahil boyu əsən yaylaq havası…
    Bir aləmdir, bir başqadır səfası,
    Tərtər çayın səsi ana laylası,
    Sən bir ana qucağısan, Tərtərim.

     

  • 24İyn
    Digər COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir üçün şərhlər bağlıdır

    Cənab Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a müsahibə verib. Ölkə başçısı müsahibəsində bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

    Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.

    Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

    Cənab prezident bildirib ki, “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var.

    Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.

    Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Daha ətraflı »

  • 21İyn
    Digər 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür üçün şərhlər bağlıdır
    Silahlı qüvvələrimizin inkişafı tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
    Ulu Öndər Heydər Əliyev deyib: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
    Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
    Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.
    Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

    Daha ətraflı »

  • 21İyn
    Hərbi vətənpərvərlik Azərbaycan Silahlı Qüvvələri xalqımızın güvənc yeridir. üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin  ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir. Müstəqil Azərbaycan Ordusunun yüksək səviyyədə inkişafı ümummilli liderimiz Heydər Əliyevin zəhmətinin bəhrəsidir ki,  bu gün  Azərbaycan Ordusunun  tarixi qələbəsi  Ulu öndər Heydər Əliyevin  adı ilə bağlıdır. Ulu öndər  siyasətinin Möhtərəm Prezidentimiz tərəfindən  ardıcıl olaraq ləyaqətl həyata keçirilməsinin  nəticəsidir ki,  Azərbaycanda ordu  quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa  gətirib çıxarmışdır.

    22 may 1998-ci il tarixdə  Azərbaycan Respublikası Prezidentinin  Fərmanına əsasən 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan  edilmişdir ki, həmin Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü olaraq təntənəli şəkildə qeyd olunur.

    Bu gün  ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.

    26 sentyabr 2020-ci il tarixdə başlanan 44 gülük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında başlanan 23 saatlıq antiterror əməliyyatında Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın  uzun illərdir ki, gözlədiyi günə gətirib çıxardı. Belə ki, Rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad etdi. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən  Qarabağ münaqişəsinə son qoyuldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  cənablarının qeyd etdiyi kimi, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi.

    Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. 26 İyun- Silahlı Qüvvələr Günündə 106 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.

    26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə  Müzəffər Ali Baş Komandanımız başda olmaqla  Qalib Azərbaycan Ordusunu təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətdə möhkəm can sağlığı, uzun ömür  və  müvəffəqiyyətlər arzulayırıq.

     Eldar Əsədov

    YAP Tərtər rayon təşkilatının sədri

     

     

  • 20İyn
    Digər 15 İYUN MİLLİ–QURTULUŞ GÜNÜ QEYD OLUNUB üçün şərhlər bağlıdır

    15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm-mədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Əvvəlcə Dövlət himnini səsləndirilib, Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. Rayon rəhbəri bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Daha ətraflı »

  • 20İyn
    Təhsil Ümumtəhsil məktəblərində “son zəng” çalındı üçün şərhlər bağlıdır

     

     

     

     

     

    -İyunun 14-də Tərtər rayonunun 34 tam, 10 ümumtəhsil məktəbində “Son zəng” tədbirləri təşkil olunub.
    Keçirilən “son zəng” tədbirlərində məktəblərin pedaqoji kollektivləri və məzunlarla birlikdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Bu il rayonun ümumtəhsil məktəblərində 784 nəfər şagird 1-ci sinfi, 975 nəfər şagird 9-cu sinfi, 759 nəfər şagird isə 11-ci sinfi bitirir.
    Tərtər şəhər 1, 5, 6 saylı tam orta məktəblərində və 2 saylı məktəb-liseydə keçirilən son zəng tədbirlərində iştirak edən rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov onbirinciləri məzun adı almaqları münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından təbrik edərək, onlara qədəm qoyduqları müstəqil həyatda uğurlar diləyib, təhsilə olan dövlət qayğısından danışıb, Ulu Öndərin təhsilin inkişafına, müəllimlərə göstərdiyi diqqət və qayğını dilə gətirib, ”Təhsil millətin gələçəyidir”,-kəlamını yada salıb, Daha ətraflı »

  • 20İyn
    Səhiyyə TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə rayonun tibb işçilərinin iştirakı ilə tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
    Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
    Bu münasibətlə rayon rəhbəri bütün tibb işçilərinə uzun ömür, cansağlığı və şərəfli peşələrində müvəffəqiyyətlər arzu edib.
    Sonra YAP rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Sərxan Cəlahani, xəstəxananın baş həkimi Bəkir Nağıyev və Fizioterapiya kabinetində kabinet müdiri Zəhra Hüseynova çıxış ediblər.
    Tədbirdə bir qrup tibb işçisi rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.

     

  • 20İyn
    Şəhidlər Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxışlı Baxışla doğulduğu Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirildi üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olub.
    Baxışlı Baxış Elşən oğlu ilə doğulub boya-başa çatdığı Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirilib.
    Mərasimdə şəhidin doğmaları ilə yanaşı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kənd sakinləri, rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.
    Dəfn mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov şəhidin ailəsinə başsağlığı verərək, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxış Baxışlının eldən gedən oğul olduğunu vurğulayaraq ailəsinə səbr diləyiblər. Daha ətraflı »