Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Sen

    Biz Azərbaycan xalqı olaraq şəhidlərimizə əbədi borcluyuq

    Ata döyüşdüyü yerləri oğlu qarış-qarış gəzdi

    I Qarabağ müharibəsi veteranı Akif Lalayev danışır ki, oğlum Ruslan kiçik yaşlarında olanda üzümdəki çapıqları görüb soruşurdu: “Bunlar nədi, ata?” Mən də bildirirdim ki, ermənilərlə döyüşlərdə olub, bu, onların mənə vurduqları yaraların izləridir. Onda Ruslanı qəzəb bürüyür və deyirdi: “Mən sənin intiqamını onlardan alacağam, ata! Bütün Lalayevlər nəslinin qisasını alacağam”. Cavabında oğluma başa salırdım ki, düşmən yalnız bizim ailəyə zərbə vurmayıb, milyonlarla azərbaycanlı nankor qonşularımızın zülmünə məruz qalıb və böyüyən nəsil şəhidlərimizin, yaralıların, ev-eşiklərindən didərgin düşənlərin, əsirlikdə saxlanılanların qisasını almalıdır.
    Vaxt yetişdi, Ruslan böyüdü. Gözəl idmançı, “Qara kəmər” ustası oldu. Əvvəlcə müddətli həqiqi xidmətini böyük müvəffəqiyyətlə başa vurdu. Gözəl əl qabiliyyəti, bacarığı vardı, sənətlərin bir çoxuna mükəmməl yiyələnmişdi. Saatsazlığı, reklam işini, maşın təmirini öyrənmişdi. Halal zəhmətilə ailəsinə kömək edir, gələcəyilə bağlı planlar qururdu.
    Lakin hər zaman atasının üzünə baxanda, körpə vaxtı olduğu kimi, yumruqları düyünlənir və qəlbini bürüyən hissləri cilovlaya bilmirdi.
    Beləliklə də Ruslan dinc həyatı kənara qoyub, yenidən hərbiyə qayıtdı. Hazırlıq kurslarını keçdikdən sonra, xüsusi təyinatlı komandonun döyüşçülərindən biri oldu. Özü də necə döyüşçü! 10 nəfərlə kəşfiyyata gedir və heç vaxt oradan əliboş qayıtmırdı. Düşməni məhv edib, lazım olan məlumatları gətirirdi. Deyirlər ki, belə döyüşlərin birindən sonra axırıncı sağ qalan düşmən zabiti onu öldürməməyi xahiş edib. Ruslan isə cavabında deyib:
    –Bəs mənim atamın övladları yox idi, minlərlə azərbaycanlının – körpələrin, qadınların nə günahı vardı ki, siz onları sərsəm xülyalarınızın qurbanına çüvirirdiniz?
    Bu gün Akif atanın albomunda bir şəkil var: I Qarabağ müharibəsində kəşfiyyat komandiri rəisinin köməkçisi vəzifəsində çalışarkən hərbi geyimdə, kəşfiyyatçıya məxsus bütün silah-sursatla Laçında çəkdirib. Eynən o yerdə, elə həmin görkəmdə Ruslanın çəkdirdiyi şəkil isə Akif Lalayevin telefonunda saxlanılır. Oğul atasına verdiyi vədə şərəflə əməl etdi, onun ayaq basdığı yerləri qarı-qarış gəzib düşməndən qi-sasını aldı.
    Telefonda Ruslanın çoxlu səs yazıları, videoçəkilişləri qalıb. Sonuncu dəfə sentyabrın 19-da saat 11.30-da anası ilə danışıb. Həmin vaxt onlar Vəngin üst tərəfində yerləşmişdilər. Saat 10.32-də yazıb ki, telefonu söndürürəm, ni-garan qalmayın. Sonra son döyüşə – onu əbədi həyata qovuşduran döyüşə qatılıb. Yaralanıb, ancaq dayanmayıb, ayağa qalxıb son nəfəsinədək qəhrəmancasına vuruşub.
    Atası deyir ki, tağım komandiri onu döyüş meydanından çıxararkən, özü də şəhidlik zirvəsinə ucalıb.
    Telefonda Ruslanın əsgər yoldaşına dediyi sözlər qalıb: “Şəhid olacağam, oxuduğum Səhlabad məktəbində mənim adıma guşə düzəldəcəklər”.
    Ruslan nişanlıydı. Qızı özü bəyənmişdi. Bir aydan sonra toyu olmalıydı.
    1994-cü il 17 fevralda dünyaya gələn şəhidimiz 2023-cü ilin 9-cu ayında ayın 19-da ən uca məqama – şəhidliyə qovuşub.
    Ruslan Lalyev sağlığında III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” və “Cəsur döyüşçü” medallarına la-yiq görülüb, ölümündən sonra isə III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

    Müəllif: Redaktor, 12:49

İsmarıclar bağlıdır.