Hazırda dünyada mürəkkəb və ziddiyyətli proseslər davam edir. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət davamlı olaraq ölkəmizə uğurlar qazandırır.
Cənab Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına geniş müsahibə verərək sülh prosesi, regional əməkdaşlıq imkanları və digər aktual mövzular haqqında fikirlərini geniş ifadə edib. Dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən ətraflı bəhs edərək Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə regionda sülh və əməkdaşlıq üçün böyük ümidlər yaradır. Çünki imzalanmış sənədlər müstəsna əhəmiyyət daşıyır. Cənab Prezident ümid etdiyini bildirib ki, bundan sonra prosesə heç bir müdaxilə olmayacaq. “Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər.
Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq Zəngəzur dəhlizinə diqqət çəkmişdir. Dövlət başçısının sözləri ilə: “Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır.” Bu dəhlizin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaratmaqla yanaşı, bütövlükdə region üçün strateji üstünlüklər və iqtisadi imkanlar açacaqdır. Daha ətraflı »


Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.Dövlət başçısı bildirib ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair 2025-ci il 22 avqust tarixində bəyanat verib.
Qeyd olunub ki, Türkmənistan Qarabağda məscid inşa edəcək. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.
Uzun illər erməni işğalı altında qalan Kəlbəcər indi yenidən canlanır, həyata qovuşur. Azərbaycan dövlətinin rəhbəri Möhtərəm Prezidentimizin apardığı ardıcıl siyasəti, güclü iradəsi və möhtəşəm infrastruktur layihələri nəticəsində Kəlbəcər bu gün dirçəliş dövrünü yaşayır.



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla və rayon Polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Samir Bayramovla birlikdə İlxıçılar kəndində şəhid Səfiyev Allahverdi Səfi oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə Kovdadıq kəndində Vətən müharibəsi veteranı Quluzadə Müşviq Vüqar oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.


Sülhsevər, qüdrətli, möhtəşəm Azərbaycanımızın bir parçası olan qəhrəman Tərtər rayonu ildən-ilə daha da gözəlləşir. Sakinlərin həyat şəraiti yaxşılaşır, rayonun iqtisadi göstəriciləri yüksəlir. Cari ilin 6 ayı ərzində rayonda görülən işlərə nəzər yetirdikdə, bu əminlik daha da artır.
Yeni ismarıclar