Hər nə qədər və harada ya-şamağımızdan asılı olmayaraq, doğulduğumuz məkan qədər gözəl bir yer yoxdur. Bu yaxınlarda kəndimizə –Rəcəbliyə getmişdim. Yolun kənarında şəhid Şahin Eyvazovun şəklini gördüm. Çox təsirləndim. Bir anlıq gözlərim doldu. Şəkildən sanki üzümüzə gülümsəyirdi. Maşından düşüb, şəklin önündə bir xeyli dayandım. Fikirləşdim ki, görəsən o, gözlərilə nə demək istəyir? Bircə şeyi bilirəm ki, indi şəhidlərimizin hər birinin ruhu şaddır. Biz bu gün onları qürurla anırıq.
Kəndimizdə mənə ən çox doğma gələn həm də məktəbimdir. Ona görə ki, o məktəb şəhid Eyvazov Şahin Məhəmməd oğlunun adını daşıyır. Məktəb vaxtı kimsə məndən soruşanda: “hansı məktəbin şagirdisən?” – yüksək səslə deyirdim: “Şəhid Şahin Eyvazov adına məktəbin”. İndi də kimsə məndən soruşanda hansı məktəbi bitirmisən, böyük qürur hissi ilə Şahin Eyvazov adına Rəcəbli kənd ümumi orta məkətəbini deyirəm.
Şəhidlər bizim qürur mənbəyimizdir. Şəhidlərin adlarını əbədiləşdirmək onların qarşısında bir az da olsa borcumuzu ödəməkdir. Tərtər rayonunda da bununla bağlı tədbirlər görülür. Küçələrə, məktəblərə, məktəblərin sinif otaqlarına şəhid adları verilir. Onların adlarına şəhid bulaqları inşa edilir.
* * *
Kəndə çatanda xəbər bil-dim ki, bu gün şəhidimizin anım günüdür. Şəhidimizin qardaşı ehsan süfrəsi açıb. Mən də iştirak etməyi özümə borc bildim.
İmkan tapıb Mübariz müəllimlə biraz söhbət etdim. Qardaşı haqqında söhbət etməyə başladı:
–Valideynlərim sadə, kasıb insanlar olublar. Ailədə 4 qardaş, bir bacı olmuşuq. Şahin evin ikinci uşağıdır. Daha ətraflı »
Yeni ismarıclar