Hər nə qədər və harada ya-şamağımızdan asılı olmayaraq, doğulduğumuz məkan qədər gözəl bir yer yoxdur. Bu yaxınlarda kəndimizə –Rəcəbliyə getmişdim. Yolun kənarında şəhid Şahin Eyvazovun şəklini gördüm. Çox təsirləndim. Bir anlıq gözlərim doldu. Şəkildən sanki üzümüzə gülümsəyirdi. Maşından düşüb, şəklin önündə bir xeyli dayandım. Fikirləşdim ki, görəsən o, gözlərilə nə demək istəyir? Bircə şeyi bilirəm ki, indi şəhidlərimizin hər birinin ruhu şaddır. Biz bu gün onları qürurla anırıq.
Kəndimizdə mənə ən çox doğma gələn həm də məktəbimdir. Ona görə ki, o məktəb şəhid Eyvazov Şahin Məhəmməd oğlunun adını daşıyır. Məktəb vaxtı kimsə məndən soruşanda: “hansı məktəbin şagirdisən?” – yüksək səslə deyirdim: “Şəhid Şahin Eyvazov adına məktəbin”. İndi də kimsə məndən soruşanda hansı məktəbi bitirmisən, böyük qürur hissi ilə Şahin Eyvazov adına Rəcəbli kənd ümumi orta məkətəbini deyirəm.
Şəhidlər bizim qürur mənbəyimizdir. Şəhidlərin adlarını əbədiləşdirmək onların qarşısında bir az da olsa borcumuzu ödəməkdir. Tərtər rayonunda da bununla bağlı tədbirlər görülür. Küçələrə, məktəblərə, məktəblərin sinif otaqlarına şəhid adları verilir. Onların adlarına şəhid bulaqları inşa edilir.
* * *
Kəndə çatanda xəbər bil-dim ki, bu gün şəhidimizin anım günüdür. Şəhidimizin qardaşı ehsan süfrəsi açıb. Mən də iştirak etməyi özümə borc bildim.
İmkan tapıb Mübariz müəllimlə biraz söhbət etdim. Qardaşı haqqında söhbət etməyə başladı:
–Valideynlərim sadə, kasıb insanlar olublar. Ailədə 4 qardaş, bir bacı olmuşuq. Şahin evin ikinci uşağıdır. Eyvazov Şahin Məhəmməd oğlu 1971-ci il sentyabrın 1-də Tərtər rayonunun Bildirçinli kəndində anadan olub. Orta təhsilini Sa-rov kənd tam orta məktəbində alıb. Daha sonra 183 nömrəli Texniki Peşə məktəbində təhsil alıb.
Mübariz müəllim qardaşı haqqında o qədər kövrək danışırdı ki. Hər dəfə şəhidin adını çəkəndə gözləri dolur, dərindən bir ah çəkib yenidən sözlərinə davam edirdi:
–Şahin xasiyyətcə çox sakit uşaq idi. Kənddə hər kəsin xeyrinə-şərinə yarayan idi. Heç kəs Şahindən narazı deyildi. Müəllimləri də həmişə deyirdilər ki, Şahin çox sakit, tərbiyəli uşaqdır. Hələ bir dəfə olsa belə o heç kəslə dalaşmayıb, ya da kimsə ondan inciməyib. Kənddə yaşıdlarından kiminsə problemi olsa, Şahinə deyərdi.
O vaxtlar çox çətin idi hər şey, – deyərək, sözünə davam edir Mübariz müəllim:
–1989-cu ilin dekabr ayında həqiqi hərbi xidmətini keçmək üçün keçmiş Sovet Ordusu sıralarına getdi. 1991-ci ilin noyabr ayında xidmətini başa vurub vətənə qayıtdı. Valideynlərim çox sevincli idilər. Nəsə onlar Şahini bir başqa cür istəyirdilər. Şahin utancaq, çəkingən uşağıydı. Ürəyindəkiləri heç kimə deməzdi. Ancaq eləcə gələndən yenidən orduya getmək istədiyini de-yirdi. “Vətənimiz dar gündədir, onun bizə ehtiyacı var. Vətən qarşısısında olan borcumuzu verməliyik”,– deyirdi. Bir müddət kolxozda sıravi işlərdə işlədi. 1992-ci ildə səfərbərlik xidmətindən çağırış gəldi. Atam aparıb onu yola saldı. O, Tərtər Özünümüdafiə Batalyonunun tərkibində Ağ-dərə istiqamətində gedən dö-yüşlərdə iştirak edirdi. Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ok-tyabrın 13-də şəhid oldu.
Bütün kənd camaatı, o ağır vaxtlarda bizim yanımızda oldu. Şəhidlərini qarşılayıb, öz doğma balaları kimi dəfn et-dilər. Oktaybrın 14-də qardaşım Sarov kənd qəbiristanlığında dəfn edildi. Biz hər za-man istər dövlətimiz, istərsə də rayon icra hakimiyyəti, kənd əhalisi tərəfindən dəstək alırıq. Onlar hər zaman bizim yanımızda olurlar.
Bu gün tam əminəm ki, qardaşımın ruhu şaddır. Onun şəhid olduğu yer azaddır. Bu gün Azərbaycan bütöv, suveren bir dövlətdir. Çox şükür ki, qanı yerdə qalmadı, 44 günlük müharibə zamanı Ordumuz onların qisasını aldı.
Bir şeyə heyfslənirəm ki, atam 2001-ci ildə rəhmətə getdi. O, bu günləri görmədi. Anamın isə 2020-ci ilin sentyabrın 27-də qırxı çıxdı.
Bu gün ata ocağında mən yaşayıram. Onların xatirələrini hər birimiz əziz tuturuq. Böyük qardaşım Xaləddin oğul nəvəsinə qardaşımın adını qoyub.
Bizlər hər birimiz istər Birinci Qarabağ müharibəsi, istər İkinci Qarabağ müharibəsi şəhidlərini unutmuruq. Onların hər biri vətən, torpaq uğrunda canlarını fəda ediblər.
Hər zaman bayramlarda, anım günlərində rayon rəhbərliyi tərəfindən yada salınırıq. Problemlərimizlə maraqlanırlar.
Mübariz müəllim onu da qeyd etdi ki, Rəcəbli kənd məktəbi qardaşının adını daşıyır. Və o məktəbdə bacısına iş verilib. Mübariz müəllim onlara göstrilən diqqət və qayğıya görə Prezidentimiz cənab İlham Əliyevə və ölkənin Bi-rinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
İlahə PAŞAZADƏ