Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Okt

     

    (Esse)

    Hüzuruna gedib rahatlıq tapacağımız nazlı, cilvəli, uzaqdan hüzur dolu görünüb, yaxınlaşdıqca isə çox təhlükəli bir ümmandır dəniz.
    Əgər dənizi sevir, onun bütün şıltaqlıqlarını, qorxu və həyəcanlarını, dəniz macəralarını sevgi ilə qəbul edirsinizsə, onda dəniz heç də qorxulu gəlmir insana.
    Dəniz də, yaşıllıqlar da, təbiətin bütün gözəllikləri də Yaradanın bizə payıdır.
    Artıq yay fəslini bitirib, payız fəslinə qədəm qoymuşuq. Nə olsun ki, payızdır deyə, dənizi unuduruqmu? Əlbəttə, yox.
    Bəstəkarımız Emin Sabitoğlunun bəstələdiyi bir mahnıdan misra yadıma düşdü:
    Payız gəldi, qərib oldu bu dəniz.
    Yayda dənizi hər kəs sevir. Sevgi isə çoxlarının edə bilmədiyini edib, azlardan ola bilməkdir.
    Qəlbimizdəki hissi, duyğuları bəzən heç kimlə bölüşmək olmur. Bu aydın dünyada qaranlıq bir dərya kimi hiss edirsən özünü. Duyğular aşıb-daşarkən qəlbinin dərinliyindəki o hiss səni dənizin hüzuruna gətirər. Bir kənarda oturub, saatlarla sənə ağır gələn yükü ona danışa bilərsən. Dalğaların səsi bir musiqini sənə xatırladar. Bu an xalq artisti, əvəz-olunmaz sənətkar Alim Qasımovun səsini eşidirəm:
     

    Niyə çıxdıq yola biz,
    Dəli olub bu dəniz.
    Bir adadır sevgimiz,
    Hər yanı xatirədir.

    Xatirələr aşıb-daşarkən sonsuz səmayla qucaqlaşan ucsuz –bucaqsız ümmandır dəniz. Göz işlədikcə uzanan aydınlıq, açıq-lıq insana dünyaya sığmayacaq azadlıq bəxş edir. Sanki dünyanın mərkəzi sənsənmiş kimi gəlir bir anlıq.
    Bilirəm, siz də mənim kimi bircə anın içində bu gözəl hisslərə qapılıb dənizin gözəlliyini, hüzurunu, dalğaların ecazkar titrəyişini göz önünə gətirdiniz. Ləpələrin sahilə olan sevgisini bezmədən, usanmadan məndən dinlədiniz.
    Vətənimin hər qarışı, havası, suyu, daşı, torpağı əzizdir mənim üçün. Qoy hər zaman səmamız aydın, çaylarımız axar olsun.

    Səbinə ELXANQIZI,
    Naxçıvan Dövlət Universitetinin Jurnalistika

    ixtisası üzrə III kurs tələbəsi

    Müəllif: Redaktor, 09:02

İsmarıclar bağlıdır.