Problem operativ həll olundu
Bu yaxınlarda başçılıq etdiyim təsərrüfatda su problemi yaranmışdı. Heyvandarlıq və əkinçiliklə məşğul olan təsərrüfatda isə bir gün suyun olmaması ciddi çətinliklər yaradır.
Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdim. Burada məni çox səmimi qarşıladılar. İdarənin müdiri Murad Zeynalovun göstərişi ilə subartezian quyusunun nasosu operativ qaydada çıxarıldı. Öz peşəsinin ustası olan insanların işgüzarlığı və rəhbərliyin bir məmur kimi vəzifəsinə vicdanla yanaşması sayəsində cəmi bir gün ərzində quyunun nasosu yenidən yığıldı və problem aradan qaldırıldı. Vətəndaş məmnunluğu təmin edildi. Həmçinin təsərrüfat işlərinin ləngiməsinə yol verilmədi.
Təsərrüfat rəhbəri kimi Murad müəllimə və onun kollektivinə cari ildə – “Konstitusiya və Suverenlik ili”ndə işlərində uğurlar və cansağlığı arzulayıram.
Əminəm ki, rayonumuzun iqtisadiyyatının daha da möhkəmləndirilməsində bu işgüzar kollektivin də sanballı payı olacaq.
Anar ƏLİYEV,
Hüsənli kəndində Eksperimental Cins
Damazlıq MMC-nin rəhbəri


Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Boşanmaların sayı getdikcə artır. Bizim rayonumuzda da belə halların sayı kritik həddə çatıb. Aliment “davası” indi günümüzün aktual məsələlərindən biridir. Təəssüf ki, ailəsini dağıdan bəzi valideynlər övladları qarşısında olan məsuliyyətlərini unudurlar.
Son vaxtlar metapnevno-virusunun yayılması ilə bağlı müxtəlif xəbərdarlıqlar edilir. Artıq bu virus Çində, Qazaxıstanda, Qırğızıstanda, Rusiyada və Türkiyədə qeydə alınıb. Lakin o da bildirilir ki, virusla bağlı pandemiya təhlükəsi yoxdur.
Son zamanlar insanlar arasında hər şeyi internet platformasından almaq dəbdədir. Yəqin bu da müasirliyin bir növüdür və yaşlı nəslin nümayəndələri üçün qəbuledilməz olsa da, gənclər artıq “Trendyol” sifarişlərini həyat tərzinə çeviriblər.
Şəhərimizin ərazisində vaxtaşırı keçirilən iməciliklər zamanı yol kənarında salınmış yaşıllıq zolaqlarında alaq otları biçilir, təmizlik işləri aparılır, əkilmiş ağacların dibləri bellənir və məişət tullantıları toplanaraq ərazidən götürülür.
Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.
Azərbaycan Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı bildirib ki, keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir.
Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
Yeni ismarıclar