“Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq… Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyi-mizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Fəxr edirik ki, Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Sərəncamda deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, mərhumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”
Suverenliyimizin, ərazi bütövlüyümüzün bərpa edildiyi günü 30 ildən çox bir müddətdə gözləmişdik! Nə BMT-nin 4 qətnaməsi, nə ATƏT-in Minsk qrupu bu məsələnin həllində bizə kömək etmədi. Çünki dünyada ikili standartlar var.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə sönməkdə olan ümidlərimiz gücləndi. Xalq öz xilaskarına inandı və ona güvəndi.
Ümummilli Liderin siyasi varisi, müzəffər sərkərdə ilham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşən xalq, “Ya Qarabağ”, ya “ölüm” deyərək savaşa başladı və 44 gün ərzində erməni mifi darmadağın oldu, düşmən kapitulyasiya aktını imzaladı. Bu-nunla da Azərbaycan öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.
2023-cü il sentyabrın 19-da Qarabağda Azərbaycanın Suveren hüquqlarının bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş əməliyyat nəticəsində Azərbaycan Ordusu növbəti parlaq qələbə qazanmış və Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.
Qürurverici haldır ki, indi ölkəmizin bütün ərazilərində Azərbaycan bayrağı qürurla dalğalanır.
Suverenlik günümüz mübarək!
“YENİ TƏRTƏR”