Faciə! Bu sözün mənası yəqin ki, hamıya aydındır. Faciə böyük arzuların, xəyalların, gözəl günlərin məhv olması deməkdir. Elə faciələr də var ki, bir ailənin, bir şəhərin deyil, bütövlükdə xalqın dərdidir.
XX əsrin ən böyük faciəsindən–Xocalı soyqırımından söz açacağam mən. Xalqımızın başına gətirilən bu müsibətdən çox danışılıb, haqqında çox filmlər çəkilib, əsərlər yazılıb, rəsmlərdə öz əksini tapıb. Mən isə kiçik məqaləmdə bu dəhşətli faciə haqqında öz ürək sözlərimi yazacam.
Biz ilk dəfə məktəbə–birinci sinfə qədəm qoyduqda Vətən, ana sözləri ilə yanaşı dostluq, sülh sözlərini də öyrənmişik, bu sözlərin sədası altında böyümüşük. Mühit bizi məhz bu ruhda tərbiyə etmişdir. Sən demə bir ucu gəlimli, son ucu ölümlü olan bu dünyada, qəribə məxluqlar–ermənilər varmış. Sən demə, illərlə dost, qardaş bilib, duz-çörəklə qarşıladığımız bu alçaq millət bizim düşmənimizimiş. Daha ətraflı »
-
27FevDigər ERMƏNİ QƏDDARLIĞI-TARİXİN ÜZ QARASI üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
27FevDigər Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
CIRIQ ŞALVARLA MODA?
Məlum məsələdir ki, təmiz, səliqəli, dəblə geyinmək mədəniyyət göstəricisidir. Gənclərimiz geyim seçərkən müasir modaya daha çox üstünlük verirlər. Bu, basa düşüləndir. Amma təəssüf ki, bəzən ifrata varır, moda xatirinə özlərini gülünc görkəmə salırlar. Düzdür, zamanla bərabər zövqlər də dəyişir, dəb də. Bununla belə, paytaxtımızda, elə rayonlarda da tez-tez rastlaşdığımız bir “mənzərə” məni çox narahat edir: hər dəfə süzülmüş, cırıq şalvarlı gəncləri görəndə acı təəssüf hissi keçirirəm. Axı niyə belə olmalıdır? Deyirlər, bu, Avropadan gəlmə bir dəbdir–müasirlik əlamətidir. Məgər Avropanı yamsılamaq, təqlid eləmək bizim borcumuzdur? Elədirsə, gəlin Avropadan yaxşı şeyləri götürək–mütərəqqi texnologiyaları, elmin son nailiyyətlərini mənimsəyək. Yoxsa cırıq şalvarla müasir olduğumuzu göstərməyə çalışmayaq. Daha ətraflı »
Teqlər: Digər
-
27FevKənd təsərrüfatı 2016-cı İLDƏ TƏRTƏR RAYONUNDA ÜMUMİ MƏHSUL BURAXILIŞI 46,4 FAİZ ARTIB üçün şərhlər bağlıdır
2016-cı ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 181,6 milyon manat olmuşdur. Məhsul və xidmətlərin 72,6 faizi istehsal sahələrinin, 27,4 faizi xidmət sahələrinin payına düşmüşdür. 2016-cı ildə Tərtər rayonunun da daxil olduğu Yuxarı-Qarabağ iqtisadi rayon üzrə ümumi məhsul buraxılışının həcmi 25,7 faiz, Tərtər rayonunda isə 46,4 faiz artmışdır.
2015-ci ildə ümumi məhsulun 49,8 milyon manatlıq və ya 27,5 faizi qədər kənd təsərrüfatı sahəsində, 46,7 milyon manatlıq (25,7 %) ticarət və xidmət sahəsində, 76,6 milyon manatlıq (42,2 %) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 5,5 milyon manatlıq (3%) sənayedə, 2,4 milyon manatlıq (1,3%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 0,6 milyon manatlıq (0,3%) informasiya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Kənd təsərrüfatı
-
27FevSosial 2016-cı İLDƏ TƏRTƏR RAYONUNDA 3478 YENİ İŞ YERİ AÇILIB üçün şərhlər bağlıdır
2016-cı ildə Tərtər rayonunda 3478 yeni iş yeri açılmışdır ki, onun 1972-i daimi iş yerləridir. Daimi iş yerlərinin 226-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 402-i mövcud müəssisə və təşkilatlarda, 100-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 1244-ü isə fərdi sahibkarlıq subyektlərində açılmışdır. Bundan başqa digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, mövsümi, abadlıq və s.) 1506 iş yeri açılmışdır. Ümumiyyətlə son üç ildə Tərtər rayonunda 5908 yeni iş yer açılmışdır ki, onun 2844-ü daimi iş yerləridir.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Sosial
-
27FevDigər ƏLLƏRİN YARATDIĞI NAĞILLAR üçün şərhlər bağlıdır
Bu gün sizə əlləri ilə nağıllar aləmi yaradan, öz maraqlı əl işləri ilə insanları düşündürən bacarıqlı bir qızdan söhbət açacağam.
Bu qız Tərtər şəhər Uşaq Yaradıcılıq Mərkəzinin “Bacarıqlı əllər” dərnəyinin üzvü Aişə Qorçuyevadır. Aişə 1 saylı tam orta məktəbin 6-cı sinif şagirdidir. Lap kiçik yaşlarından onun əl işlərinə böyük marağı olub və bu maraq da Aişəni bizim mərkəzə gətirib.
“Bacarıqlı əllər” dərnəyinin rəhbəri Ruhiyyə Kamalova söyləyir ki, Aişə öz bacarığı, tərbiyəsi və nümunəvi davranışı ilə seçilir. Onun hazırladığı maraqlı, səliqəli əl işlərindən olan “Azərbaycanın milli atributları”, “Qış nağılı”, “Buta” bunları seyr edənlərin marağına səbəb olur. Rayon sərgilərində Aişə yaxından iştirak edir. Mərkəzin fəal şagirdlərindən olan Aişənin bir neçə fəxri fərmanı da var.
Biz də istedadlı şagirdimizə işlərində uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq.Ülviyyə Qəmbərova,
rayon uşaq yaradıcılıq mərkəzinin direktoruTeqlər: Digər
-
27FevDigər MƏKRLİ MƏQSƏDLƏR ÜÇÜN TÖRƏDİLƏN FACİƏ üçün şərhlər bağlıdır
Amansızlığa görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən Xocalı soyqırımı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxaq sülhə qarşı törədilmiş ən qəddar və amansız cinayətdir. Xocalı qırğınına qədər Qarabağda baş verən bütün olaylar bu qətliamın məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə qoymur.
O qanlı fevral gecəsində 63 uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, səkkiz ailə tamamilə məhv edildi, 1265 nəfər əsir,150 nəfər isə itkin düşdü. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmaq qədər alçaq mənəviyyata və xəstə təfəkkürə malik ermənilər bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən SOYQIRIM aktına imza atdılar… Daha ətraflı »Teqlər: Digər
-
27FevDigər MİNNƏTDARLIQ MƏKTUBU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti aparatında xoş münasibətə görə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, İcra Hakimiyyətinin bütün əməkdaşlarına və “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusifə, redaktor müavini Svetlana Bağırovaya, fotomüxbir, ilk əmək fəaliyyətimə başladığım vaxt 5 saylı məktəbdə şagirdim olmuş Kənan Hüseynzadəyə göstərdikləri diqqətə görə minnətdaram! Bütün tərtərliləri salamlayıram! Fəxr edirəm ki, Qəhrəman Tərtərin bir zərrəsiyəm!
Mehriban Abdullayeva,
Moskva şəhəriTeqlər: Digər
-
24FevDigər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda tədbir keçirilib üçün şərhlər bağlıdır

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda anım tədbiri keçirilib. Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açıb: “Bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Bu gün təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan xalqı xocalılıdır. Daha ətraflı »
-
21FevTərtər RİH-də üçün şərhlər bağlıdır
Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik. Bütün obyektiv səbəblər onu göstərir ki, o gün gələcək. Sadəcə olaraq bizim hər birimiz o günü yaxınlaşdırmalıyıq. Necə yaxınlaşdırmalıyıq? Daha da güclü olmalıyıq. İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xü-susilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada–döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm da-yanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
PrezidentiTeqlər: Tərtər RİH-də
-
21FevTərtər RİH-də TƏRTƏR RAYONU İLDƏN-İLƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır
2016-cı İLDƏ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR BARƏDƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN HESABAT MƏRUZƏSİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və çevik siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar, dünyada tügyan edən qlobal maliyyə və iqtisadi böhranın təsirini azaltmaq üçün həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı və davamlı inkişafa nail olunmuş, Azərbaycanın dünyadakı nüfuzu durmadan artmışdır. Regionun siyasi, iqtsadi və mədəni mərkəzinə çevrilən Azərbaycan müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir.
Tarixə qovuşmuş 2016-cı ildə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmiş, iqtisadi və sosial problemlər həll olunmuş, böyük layihələr icra edilmişdir. Nəzərdə tutulmuş bütün planlar həyatda öz əksini tapmışdır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də


Yeni ismarıclar