09İyn
MÜSAHİBƏ
“Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Bu sözləri Ulu Öndərimiz Heydər Əliyev deyib. Ümummilli Lider tərəfindən formalaşdırılmış ailə siyasəti Azərbaycanda bu gün də uğurla davam etdirilir. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Bəs, rayonumuzda bu sahədə vəziyyət necədir? Böyüməkdə olan gənc nəsil ailə müqəddəsliyinə yanaşmada ata-babaların yolunu davam etdirirmi? Bu və digər suallarımıza cavab almaq üçün redaksiyamıza rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayevi dəvət etdik. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
09İyn
Faşist Almaniyası üzərində tarixi qələbənin 72-ci ildönümündə o dövrün cəsur döyüşçülərindən biri –Bürcəliyev Cavanşir Talıb oğlu haqqında, qısa da olsa, sizlərə məlumat vermək istiəyirəm.
1941-1945-ci illərin müharibə veteranı Cavanşir Bürcəliyev 1924-cü ildə Mirbəşir (Tərtər) rayonunun Cəmilli kəndində anadan olub. Kənd məktəbini bitirəndən sonra 1942-ci ilin oktyabr ayında müharibəyə gedib. Primorska düşüb. Gənc əsgərin qoçaqlığını, bacarığını ilk günlərdən görən komandirləri onu 6 aylıq kiçik komandirlər hazırlayan məktəbə göndəriblər. Oranı bitirdikdən sonra Yaponiyada –Mancuriyada xidmətə başlayıb. Çox keçmir ki, ona leytenant rütbəsi verirlər. Bütün bunları mənə bu yaxınlarda Cavanşir müəllimlə görüşümüz zamanı özü danışdı.
Öyrəndim ki, Cavanşir müəllim müharibə illərində Ukraynanın, Belorusiyanın, Polşanın, Uzaq Şərqin və Yaponiyanın alman fasiştlərindən təmizlənməsində iştirak edib. Deyir ki, müharibə 9 may 1945-ci ildə bitsə də, mən 1946-cı ilin oktyabrında ordudan tərxis olundum. Daha ətraflı »
Teqlər: Digər
09İyn
DƏMİRÇİ HÜSEYN
DSMF Tərtər rayon şöbəsinin verdiyi məlumata görə qeydiyyatda 128 nəfər 90 yaşdan yuxarı sakinimiz var. Belə insanlardan birinin ailəsində oldum. 66 ildir ki, birgə ömür yaşamış Mustafayev Hüseyn Səlim oğlu və Mustafayeva Zərniyar Hüseyn qızı ilə görüşdüm.
Hüseyn Mustafayev 11 aprel 1926-cı ildə Ağdərə rayonunun Sırxavənd kəndində doğulub. Uşaqlığı şura hökumətinin vurhavur, tuthatut dövrünə təsadüf edib. O zamankı bütün ailələrdə olduğu kimi, Səlim kişi də ailəsini, uşaqlarını mal-heyvan saxlamaqla, əkin-biçinlə məşğul olmaqla dolandırıb. Böyük Vətən müharibəsi başlayanda Hüseynin 15 yaşı varıydı.
1951-ci ildə qonşu kənddə yaşayan Zərniyarla ailə həyatı qurdu. İş-gücün olmaması gənc ailənin ehtiyac-larının təmin olunmasında çətinliklər törədirdi. Odur ki, 1952-ci ildə Tərtər rayonuna köçürlər. Həmin ildən 1957-ci ilədək yerli sənaye kombinatında işə dəmirçi kimi başlayan Hüseyn o zamankı Mirbəşir rayonunun fərdi yaşayış evlərinin, ictimai binaların dam örtüklərini vuraraq ailəsinin dolanışığını təmin edirdi. 1957-ci ildən 1986-cı ilədək rayonun kommunal müəssisələri kombinatında armaturçu işləyib. Hüseynin əl qabiliyyəti hər kəsin diqqətini çəkirdi. Onu bütün tərtərlilər “Dəmirçi Hüseyn” kimi tanıyırdılar. O, həm də gözəl tar ifaçısı olub. Daha ətraflı »
Teqlər: Digər
09İyn
Bu yaxınlarda “Azərbaycan” qəzetində sevimli şairimiz Fikrət Qocanın “Allahım, sahib çıx yaratdıqlarına” şeirini oxudum və çox təsirləndim. Şeirin əvvəlində şair yazıb: “Suriyada əhalinin üstünə atılan kimyəvi bombalardan boğulan, sudan çıxmış balıq kimi nəfəsi çatışmayan uşaqları ekrandan izlədim. Azərbaycanda, öz evimdə mənim də havam çatışmadı, az qala boğulurdum. Bu, bəşəriyyətə qarşı cinayətdir”.
Daha sonra Fikrət Qoca şeirin dili ilə cinayəti törədənlərə mədəni qarğışlar yağdırır. Sonda isə deyir: “Amma balasına dəymə, bala hamıya baladı, Allahım”. Bu, Azərbaycan xalqının mentalitetidir: Başqasının balasına nəinki fiziki əzab verməmək, heç fikirlərində də ona pislik arzulamamaq.
Çox təəssüf ki, bunun əksinə olaraq bizə erməni kimi qəddar bir düşmənlə qonşuluqda yaşamaq nəsib olub və əsrlər boyu balalarımız onların insanlığa sığmayan vəhşiliklərinin qurbanına çevrilirlər. Daha ətraflı »
Teqlər: Digə
30May
Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
30May
TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN GÜN
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür.
Vətənini, xalqını, millətini sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.
1993-cü ilin 15 iyununda Azərbaycan xalqının bir millət, Azərbaycan Respublikasının isə bir dövlət kimi yaşaması sual altında idi. Daha ətraflı »
Teqlər: Digər
30May

Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının növbəti IX konfransı keçirildi. Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir öz işini rayon Mədəniyyət mərkəzinin iclas zalında davam etdirdi.
Konfransda YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etdilər.
Konfrans iştirakçıları rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatından bəhs edən videoçarxa baxdılar. Ulu Öndər Heydər Əliyevin və rayon təşkilatının VIII konfransından sonrakı dövrdə vəfat etmiş YAP üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfrans açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirildi. Daha ətraflı »
Teqlər: Xəbərlər
30May
Hörmətli cənab Məmmədov!
Çərşənbə günü Tərtər rayonuna səfər zamanı görüşün keçirilməsi və Qapanlı məktəbinə səfərin təşkil olunması ilə bağlı sizə oz minnətdarlığımı bildirmək istərdim. Regionda əsaslı iqtisadi inkişafı görmək məni çox sevindirdi. Ən çox məmnunluq duyduğum məqam isə gənclərə öz gələcəklərini daha yaxşı qurmaları üçün, xüsusilə kənd təsərrüfatı sektorunda çoxlu sayda imkanlar təklif etməklə, onları gələcək inkişafın mühüm bir hissəsinə çevirməyə çalışmağınızdır.
Gənclərə Dəstək Proqramının daim təbliğ olunmasında sizə etibar edə biləcəyimə əminəm. Nəzərinizə çatdırmaq istərdim ki, rayonun inkişafı prosesinə gənclərin cəlb olunması və onların rolunun artırılması üçün öz təcrübə və biliklərimizi sizin komandanızla bölüşməyə hazırıq. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
30May

BMT Uşaq Fondu və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmiləri “Azərbaycan Gənclərinə Dəstək” Proqramı layihəsi çərçivəsində Tərtər rayonuna səfər edib. Görüşdə BMT Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, yeniyetmə və gənclərin işləri üzrə mütəxəssisləri xanım Aida Aylarova və Natiq Umarov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, fondun əməkdaşı və “Azərbaycan Gənclərinə Dəstək” Proqramı layihəsinin koordinatoru Qiyas Abasov iştirak edib.
Səfərin məqsədi “Azərbaycan Gənclərinə Dəstək” Proqramı layihəsi çərçivəsində formalaşdırılan Yeniyetmə və Gənclərdən İbarət Məşvərət Şuraları və onların fəaliyyəti ilə tanış olmaq, icra hakimiyyətləri ilə Şuralar arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində gələcək fəaliyyətlərin müzakirəsi idi. Daha ətraflı »
Teqlər: Xəbərlər
30May

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində Tərtər Rayon Gənclər Mərkəzində tədbir keçirmişdir. Tədbirdə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, əlillərlə yanaşı yeniyetmələr və gənclər də iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov açaraq sözü ictimai birliyin sədri Mətanət Əsgərqızına vermişdir.
O, çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədi aprel döyüşlərində həlak olan şəhidlərin ailələrinin problemlərinin həllinə kömək etmək, onların mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək, yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara mənəvi dayaq durmaq, əsgərlərimizin vətənə, torpağa, dövlətə bağlılıq hisslərini artırmaq üçün əsgər və şəhid ailələri ilə görüşlərin təşkilidir. Bununla biz vətəndaşlarımız arasında Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və veteranlara dövlət qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar