
Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin sədri Nazir Hətəmov Tərtərdə olarkən “Yeni Tərtər” qəzeti redaksiyasına gəlib, qəzetin yaradıcı kollektivi ilə görüşüb. Görüşdə “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Rusiyada yaşayan həmvətənlərimizin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. O deyib:
–Rusiya kimi böyük bir dövlətdə siz xalqımızı təmsil edirsiniz. Ona görə də adət-ənənələrimizi qorumalısınız, Azərbaycan həqiqətlərini təbliğ etməlisiniz, həm də qürbətdə bir-birinizə dəstək olmalısınız.
Nazir Hətəmov ÜAK-ın fəaliyyəti barədə qəzet işçilərinə məlumat verib. Göstərib ki, Ulu Öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaranan bu diaspor təşkilatı fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıların bir araya gəlməsində, onların vətənlə əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycan mədəniyyətinin təbliğində çox böyük rol oynayıb.
O deyib: Daha ətraflı »
-
07MarDigər REDAKSİYAMIZIN SAXALİNDƏN GƏLƏN QONAĞI üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
07MarDigər HƏR BİR UĞURUMUZ NƏNƏLƏRİMİZƏ HƏDİYYƏDİR üçün şərhlər bağlıdır
Biz ailədə üç övladıq: iki bacım və mən. Hər üçümüz çalışırıq ki, öz uğurlarımızla nənəmizi sevindirək. Böyük bacım Solmaz Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alır. Ortancıl bacım Nigar VIII, mən isə V sinifdə oxuyuruq. Hər ikimiz dərslərimizdən “əla” və “yaxşı” qiymətlər alırıq. Dəfələrlə məktəblilər arasında keçirilən sınaq yarışlarında diplom və Fəxri Fərmanlara layiq görülmüşük.
Mən çalışıram ki, təhsildə daim qabaqcıl olum. İstəyirəm ki, Solmaz nənəm mənimlə qürur duysun. O, bizdən ötrü çox əziyyətlərə qatlaşır, əsl fədakar anadır. Yaşının çox olmasına baxmayaraq, ağır işləri görməkdən belə yorulmur.
O həmişə deyir ki, məni bir polis işçisi kimi görmək istəyir. Mənim də ən böyük arzum gələcəkdə qanunlarımızın keşiyində durmaqdır. Nənəmə uzun ömür və cansağlığı diləyirəm ki, o, arzuladığı günləri görsün və həyatda yaşadığı bütün ağrı-acıları unutsun!
Nənəmin timsalında bütün Azərbaycan qadınlarını–nənələri, anaları, bacıları 8 Mart Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə xoş günlər arzulayıram.Məhərrəm Zeynalzadə,
şəhər 6 saylı tam orta məktəbin şagirdiTeqlər: Digər
-
07MarSosial COCUQ MƏRCANLIDAN BAŞLANAN “BÖYÜK QAYIDIŞ”IN BİR YOLU TƏRTƏRDƏN KEÇ İR üçün şərhlər bağlıdır

Azərbaycanın əbədi-əzəli torpağı olan Şıxarx qəsəbəsinin ərazisi Tərtər şəhərinə bitişikdir. 1992-cü ildə bura erməni yaraqlılarından təmizləndikdən sonra Azərbaycanın müxtəlif bölgələrindən qaçqın və köçkün düşən soydaşlarımız burada məskunlaşıblar.
Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Tərtər rayon şöbəsinin baş məsləhətçisi Nazim Səfərov və Şıxarx İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi Mübariz Cabbarovla birlikdə həmin qəsəbədə olduq. Bu qəsəbə müharibə zamanı yerləyeksan olmuş və darmadağın edilmişdir. Hazırda burada qaçqın və məcburi köçkünlər üçün yeni şəhərcik salınır. Şəhərcikdə hər biri 4 mərtəbəli olmaqla 34 müasir tipli yaşayış binası inşa olunacaqdır. Hesablamalara əsasən, yeni şəhərcikdə məskunlaşacaq qaçqın və məcburi köçkünlərin ailə üzvlərinin sayı 1170 nəfərdən çox olacaq.
Nazim Səfərov bildirdi ki, yeni salınan şəhərcikdə Tərtər rayonunun məktəb, klub, kitabxana, uşaq bağçaları və digər sosial obyektlərində məskunlaşan soydaşlarımız yerləşdiriləcəklər. Daha ətraflı »Teqlər: Sosial
-
07MarKənd təsərrüfatı 2017-ci İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA MAL-QARA VƏ QUŞLARIN TAM UÇ OTA ALINMASININ YEKUNLARI üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2017-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır.
İribuynuzlu mal-qara. 2017-ci il yanvarın 1-i vəziyyətinə rayonda 26 min 777 baş iribuynuzlu mal-qara, o cümlədən 11 min 946 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olararq 0,8 və 0,7 faiz artmışdır.
İribuynuzlu mal-qaranın rekord həddə çatması ilə yanaşı, onların sayı 2003-cü il yanvarın 1-nə nisbətən 7645 baş və ya 40 faiz, 2010-cü ilə nisbətən isə 2534 baş və ya 10,5 faiz çoxalmışdır.
Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son on il ərzində inək və camışların sayı 10 min 249 başdan 11 min 946 başa çatmaqla 16,6 faiz artmışdır. Mövcud iribuynuzlu mal-qaranın 11 min 867 başı və ya 44,6 faizi inək və camışlar, 1266 başı və ya 4,7 faizi düyələrdir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
07MarSəhiyyə ƏHALİNİN TİBBİ MÜAYİNƏSİ DAVAM EDİR üçün şərhlər bağlıdır

Ölkə Prezidenti möhtərəm İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq hər il ferval ayının 15-dən may ayının 1-dək respublikamızın əhalisi pulsuz olaraq tibbi müayinədən keçirilir. Bu sahədə rayonumuzda görülən işlər barədə ətraflı məlumat almaq məqsədilə rayon mərkəzi xəstəxanasında olduq. Baş həkimin müavini Sevda Əliyeva ilə görüşdük. Həkim bildirdi ki, bu aksiya rayonumuzda mütəşəkkilliklə keçirilir. Ötən illərdə olduğu kimi bu il də çalışacağıq ki müayinədən keçməmiş insanlar qalmasın.
Müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Tibb məntəqələrində iş cədvəli tərtib olunub. Daha ətraflı »Teqlər: Səhiyyə
-
07MarDigər GƏNCLƏRİN MƏŞĞULLUĞUNUN TƏMİN OLUNMASI PRİORİTET VƏZİFƏDİR üçün şərhlər bağlıdır
2016-ci ildə Tərtər Rayon Məşğulluq Mərkəzində gənclərin sosial müdafiəsinin
gücləndirilməsi və məşğulluğunun təmin olunması sahəsində bir sıra məqsədyönlü
işlər görülüb.
İl ərzində mərkəzə 456 nəfər işaxtaran muraciət edib ki, bunlardan da 103
nəfəri qadınlar olub.
456 nəfər işaxtaran gənclərdən 163 nəfəri rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunub. Bundan başqa işaxtaran gənclərdən 5 nəfərini kvota üzrə, yəni sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar kateqoriyasına daxil olan 20 yaşadək gənclər təşkil edib. Dövr ərzində mərkəzdə qeydiyyatda olan işaxtaran gənclərdən 25 nəfərinə işsizlik statusu və işsizlik müavinəti təyin edilib.
İşaxtaran gənclərdən 5 nəfəri müvəqqəti xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunub.
2016-cı ildə “Əmək Yarmarkası” vasitəsi ilə 3 nəfər gənc rayon ərazisində yerləşən idarə, muəssisə və təşkilatlarda öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunub. Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər Satirik qələmlə üçün şərhlər bağlıdır
DƏLƏDUZ QADIN HİMAYƏ OLUNUR
Vallah, indiki zamanda düzü yazanda bəzi-bəzi ağzıgöyçəklər deyirlər ki, filankəs qudurub, cızığından çıxıb, ya da deyirlər ki, yazığın başı xarab olub. Amma düzü yazmamaq da olmur. Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən:
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım…
Bizim hüquq-mühafizə orqanlarının bəzi işçilərindən baş açmaq olmur, bilmirsən onlar camaatı dələduzlardan mühafizə edirlər, yoxsa dələduzları camaatdan. Babalı söz gəzdirənlərin boynuna, deyirlər ki, bəzi polis işçiləri oğrular, dələduzlar və xuliqanlarla əlbirdirlər. Adamın inanmağı gəlmir. Hələ belə deyən də tapılar: “A kişi, nə hərzə-mərzə danışırsan?! Polis cinayətkarları yaxalamaq üçündür, onlarla əlbir, dilbir olmaq üçün yox. Hətərənpətərən danışma!”
Yaxşı, əgər belədirsə, mənim başıma gətirilən oyunlara qulaq asın, görün siz də mənim kimi düşünəcəksiniz, yoxsa yox? Daha ətraflı »Teqlər: Digər
-
07MarDigər TALEYİN QİSMƏTİ üçün şərhlər bağlıdır
Tanrının dönə-dönə sınağa çəkdiyi insanlardan biri də Firudun kişi və onun ailəsidir. Bu ailə hazırda Seydimli kəndində yaşayır. Firudun kişi hələ Göyçədə yaşayarkən Böyük Vətən Müharibəsinin iştirakçısı olub. 1941-1945-ci illərin qanlı-qadalı günlərindən sağ-salamat qayıdıb gələn bütün həmvətənlərimiz kimi o da ailə qayğıları ilə yaşayıb. Döyüş yolu Mozdok, Leninqrad, Moskva, Kiyev, Orconekidze, Xarkov, Dnepropetrovsk şəhərlərindən keçən Firudun kişi doğma Göyçəyə qayıdanda şükür edib ki, nə yaxşı elobamdan, doğmalarımdan ayrı düşmədim. Lakin qarşıdakı illərin, ayların ayrılığından nəinki Firudun kişinin, heç kimin xəbəri yoxuydu.
1953-cü ildə ermənilərin fitnəkarlığı ucbatından böyüyüb boya-başa çatdığı doğma Göyçədən köçəsi olan Firudun kişi Tərtər rayonunun Seydimli kəndində ailəsi ilə birgə məskunlaşır. Bu kəndin insanlarına qaynayıb-qarışır. Həyat yoldaşı Aqilə xanımla birlikdə on övlad böyüdüblər. Doqquz qız, bir oğlan. 1968-ci il fevral ayının 1-də Seydimli kəndində doğulmuş bu körpələrinə İmam Əlinin adını qoyurlar ki, Ulu Tanrı onu həmişə qoruyub saxlasın. Belə də olur, Əli doğulduğu gündən ailənin sevinci daha da artır. Ailənin yeganə oğlunu – Əlini naznemətlə böyüdürlər, üstündə əsim-əsim əsirlər. Daha ətraflı »Teqlər: Digər
-
07MarMilli-mənəvi dəyərlər “QARA BAYRAM” VƏ ONDAN SUİ-İSTİFADƏ üçün şərhlər bağlıdır
Bizim başqa xalqlardan fərqlənən gözəl, milli dəyərlərimizi əks etdirən adət və ənənələrimiz var. Novruz bu dəyərlərin ən önəmlisi və təbiətin oyanışını özündə əks etdirən bir bayramdır. Hər bir ailədə Novruzu qeyd etməmişdən əvvəl “Qara bayram” deyilən bir ənənə qeyd olunur ki, həmin vaxt dünyasını dəyişmiş yaxınlar və doğmalar yad edilir, adlarına ehsan süfrələri açılır, qəbirləri ziyarət olunaraq quran surələri oxunur. Gəlin görək “Qara bayram”ı necə qeyd edirik və bu işdə bizim savabımız nə olur? Elə bu fikirlə də Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərovu dinləyib onun “Qara bayram” la bağlı fikirlərini öyrəndik.
Bu il martın 7-də və 9-da rəhmətə gedən doğmalarımızı ziyarət etməklə onları yada salacağıq. Bəzi insanlar ziyarətə gedərkən müxtəlif şirniyyatlar aparıb qəbirlərin üstünə tökürlər, qarşılarına çıxan “yalançı molla”lara dualar oxudur-lar. Belə hesab edirlər ki, bununla da dünyadan köçənləri yad etmiş olurlar. Həmin günü qəbiristanlıqlarda baş verənləri görəndə adamı narahatlıq bürüyür. Öz maraqlarını güdənlər doğmalarını itirmiş insanlara aman vermirlər ki, qəbirlərin yanına çatsınlar. Gah yalvararaq pul, gah da şirniyyat istəyirlər. Bu hal da istər-istəməz dərdli şəxslərin əsəbinə toxunur. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
28FevDigər üçün şərhlər bağlıdır
2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərmiz abadlaşıb, gözəlləşib.İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiDağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Statuskvo qəbuledil-məzdir, dəyişdirilməlidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər


Yeni ismarıclar