Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen

    405717559Çoxdan unudulan sahəyə çevrilən pambıqçılığın yenidən inkişaf etdirilməsi, ölkə Prezidenti tərəfindən bu sahəyə ayrılan subsidiyalar, pambığın hər kiloqramının qiymətinin əvvəlki ilə nisbətən artırılması biz fermerlərin bu sahəyə olan marağını qat-qat yüksəldib.
    Bu il kəndimizdə 36,5 hektar sahədə pambıq əkmişik. Onun 33 hektarını mən, 2 hektarını Vüqar Şirinov və 1,5 hektarını isə fermer Qəzənfər Hüseynov əkib.
    Həmin sahələrin hamısında pambıqçılıqda tələb olunan aqrotexniki tədbirlər həyata keçirilib.
    Əkinçilikdə suvarma xüsusi əhəmiyyət kəsb edir. Həmin sahələrin 33 hektarı “Xoruzlu yeri “deyilən sahədəki artezianla, 2 hektarını “Zolgörən” deyilən sahədəki artezianla, 1,5 hektarı isə 40 hektar deyilən sahədəki subartezianla suvarılıb. Həmişə çalışırıq ki, su itkisinə yol verməməklə artezianların gücündən səmərəli istifadə edək.
    Pambıqçılıqda çoxillik təcrübəmizə arxalanaraq bol məhsul hasilə gəlməsinə nail olmuşuq.
    Kəndimizdə biz pambıqçılıqla məşğul olanlardan başqa fermer Akif Əliyev 3 hektar sahədə şəkər cuğunduru becərir. Onun da sahələrində bol məhsul var. Hər hektar sahədən 70-80 ton məhsul götürülməsi gözlənilir.
    Biz hamılıqla çalışırıq ki, Prezidentimiz İlham Əliyevin qeyri-neft sektorunu inkişaf etdirmək sahədəki tapşırığına əməli işimizlə cavab verək

    Eldəniz PAŞAYEV,
    Ələsgərli kəndində fermer

    Müəllif: Redaktor, 11:16

    Teqlər:

İsmarıclar bağlıdır.