27Apr
Biz inkişaf, müasirləşmə yolu ilə getməyə davam edəcəyik. Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır. Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
27Apr
ABADLIQ İŞLƏRİ GÖRÜLÜR, AQRAR SEKTOR İNKİŞAF EDİR

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Cari ilin məhsulu üçün 9871 hektarda dənli bitkilər, 1539 hektar sahədə şəkər çuğunduru, 267 hektarda günəbaxan, 459 hektarda kartof, 413 hektarda tərəvəz, 27 hektarda qarğıdalı əkilib. Bu il 3068 hektar sahədə pambıq becərməyi qarşıya məqsəd qoyan tərtərli fermerlər hazırda çiyid səpinini davam etdirirlər.
Bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində və aprelin 17-də Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlar və “Made in Azerbaijan” brendinin dün-yada tanıtdırmaq üçün praktiki addımlar atılması ilə bağlı fikirləri tərtərli sahibkarlarda böyük ruh yüksəkliyi yaratmış, onlar məhsullarını bu brendin tələblərinə uyğun istehsal etməyi qarşılarına məqsəd qoymuşlar. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
27Apr
2017-ci ilin birinci rübü ərzində Tərtər rayonunda 828-i daimi olmaqla 995 yeni iş yerləri açılıb. Daimi iş yerlərinin 10-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 105-i mövcud müəssisə və təşkilatlarda, 264-ü fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 449-u isə fiziki şəxslərdə açılıb. Bundan başqa 167 mövsümi iş yerləri açılıb.
Son üç ildə Tərtər rayonunda 6903 yeni iş yerləri açılıb ki, ondan 3672-si daimi iş yerləridir.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Sosial
27Apr
2017-ci ilin aprel ayının 8-dən Tərtər rayonunda çiyid səpininə başlanılıb. Emal müəssisələri ilə istehsalçılar arasında 3068 hektar sahədə çiyid əkilməsi ilə bağlı müqavilələr bağlanıb. 3068 hektarda şum aparılıb, arat edilib, mala çəkilib. 24 aprel 2017-ci il tarixə 2721,5 hektar sahədə çiyid səpilib. Səpin uğurla davam etdirilir.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Kənd təsərrüfatı
27Apr
“ERMƏNİLƏRİN DAĞITDIĞI EVİMİZİ İLHAM ƏLİYEV
ƏVVƏLKİNDƏN DƏ YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN TİKDİRDİ”
Tərtərlilər ölkə rəhbərinin və Birinci vitse-prezidentin qayğısından razıdırlar

Ötən ilin aprelində qüdrətli ordumuz şanlı tarix yazdı. O zaman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına layiqli cavab verən Azərbaycan əsgəri əks-həmlə ilə düşmənin başında ildırım kimi çaxdı. Ordumuzun uğurlu döyüş əməliyyatları düşmənin xeyli canlı qüvvə, döyüş texnikası itirməsi ilə nəticələndi. Cəmi bir neçə gün davam edən döyüşlərdə qəhrəman əsgərlərimiz xeyli ərazini, strateji yüksəklikləri işğaldan azad etdilər. Cocuq Mərcanlıdan başlayan, xalqda və orduda böyük ruh yüksəkliyi yaradan, qələbəyə inamı sarsılmaz edən doğma yurd yerlərinə böyük qayıdış məhz uğurlu aprel döyüşlərinin məntiqi davamıdır. Daha ətraflı »
Teqlər: Sosial
27Apr
KİTABLARA MÜNASİBƏT NƏ ÜÇÜN DƏYİŞİB?

Rəsmi məlumatlara görə UNESCO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan edilməsi barədə qərar qəbul olunub.
1997-ci ildən başlayaraq Azərbaycanda bu gün geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini bildirmək, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır. Əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanılmasına yönəltmək də bu məqsədi şərtləndirən amillərdəndir. Daha ətraflı »
Teqlər: Digər
27Apr
TARİXİ YAŞADAN QƏZET
83 il əvvəl aprel ayında ilk nömrəsi işıq üzü görən Tərtər rayon qəzetinin nəşri o dövrün zərurəti idi. Quruluş dəyişmiş, insanların həyat tərzi yenilənmişdir. Belə bir şəraitdə işə münasibətdə də dönüş yaranmalıydı. Buna görə də rayon sakinlərini bir amal uğrunda birləşdirən, qarşıda duran vəzifələri onlara çatdıran, nöqsanların operativ şəkildə aradan qaldırılmasına köməklik göstərən mətbu orqan lazım idi.
Belə bir orqan ilk nömrəsi 1934-cü ildə çapdan çıxan “Kolxozçuların varlanması uğ-runda” qəzeti oldu. İlk vaxtlar MTS-in (Maşın-Traktor Stansiyasının) siyasi şöbəsinin nəzdində fəaliyyət göstərən bu qəzet sonralar rayon partiya komitəsinin orqanına çevrildi və demək olar ki, bir növ partiya komitəsinin tribunası oldu. Daha ətraflı »
Teqlər: Digər
27Apr
Elə bir dövrün sakinləriyik ki, sərbəst sözümüzü açıq söyləyə bilirik. Lakin görək hər kəs bu fikir azadlığından lazımınca istifadə edirmi? Bu gün abırlı, ismətli, gözəl qələmi ilə tanınmış jurnalistlərin əvəzinə “reket jurnalistlər” xalqa nə söyləyib, nə bildirirlər? Nədən kimisə yalandan tərifləyən və ya kiməsə qara yaxanlar jurnalistikada geniş yayılıb?
2-3 ilin söhbətidir. Otaqda işlə məşğul idim. Qapı döyüldü. Içəri 32-33 yaşlarında tanıdığım bir kişi gənc bir oğlanla daxil oldu. Qəzetdə elan verməklə bağlı gəldiklərini bildirdilər. Adəti üzrə lazımi sənədləri təqdim etmələrini söylədim. Qarşılığında mənə verdikləri cavabı nəzərinizə çatdırmaq istəyirəm:
–Əşi, o sənəd olsa daha bura nəyə gəlirik, mən özüm də qəzetdə şöbə müdiri işləyirəm, deyirlər ki, gərək yerli qəzetdə elan verilsin, yoxsa öz qəzetimdə çap etdirərəm. Daha ətraflı »
Teqlər: Digər
27Apr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəllərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması sahələrində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.
Hazırda respublikamızda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi prioritet vəzifələrdən hesab olunur.
Son dövrlərdə ölkə başçısının kənd təsərrüfatında strateji məhsul hesab edilən pambıq əkininin genişləndirilməsi və bu sahənin inkişafı ilə bağlı verdiyi sərəncamlar əməkçilərdə marağın artmasına səbəb olmuşdur. Bu sahənin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, respublikamıza valyuta axınına səbəb olur. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
27Apr
Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Elə buna görə də hələ ötən ilin payızında rayonun təsərrüfatlarında 6874 hektar sahəyə taxıl, 2645 hektar sahəyə arpa səpilmişdir. Bol məhsul götürmək məqsədilə birinci veketasiya suvarması, gübrə verilməsi bütün təsərrüfatlarda keyfiyyətlə həyata keçirilmişdir.
Mal-qaranın yem bazasını möhkəmləndirmək, ət, süd istehsalını artırmaq üçün 368,7 hektara yonca toxumu səpilib. Bu işdə bir sıra təsərrüfatlar xüsusilə fərqlənib. Belə ki, Borsunlu və Hacıqərvənd kəndlərinin hər birində 60, Sarovda 20 hektar sahəyə yonca səpilib. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar